Azərbaycanın U-20 millisinin futbolçusu Həsən Nəzərli Türkiyədəki legioner karyerasını başa vuraraq vətənə qayıda bilər.
İdman.Biz "Azerisport"a istinadən xəbər verir ki, hazırda "Keçiörənspor"da çıxış edən 19 yaşlı yarımmüdafiəçi Türkiyənin aşağı liqasında oynamaq istəmir və böyük ehtimalla "Şamaxı"ya keçəcək.
"Ankaragücü"nün yetirməsi olan futbolçunun Azərbaycana qayıtmaq niyyətində olduğu bildirilir.
Qeyd edək ki, avqustda Həsən Nəzərlinin "Şəfa"ya keçməyə yaxın olduğu barədə xəbərlər yayılmışdı. Həmin vaxt onunla Misli Premyer Liqasının bir neçə klubunun maraqlandığı da qeyd edilmişdi.
Gənc yarımmüdafiəçi sentyabrda Azərbaycanın U-20 millisinə dəvət alıb.