"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il "Ballon d'Or" (Qızıl Top) mükafatını qazanıb. Sport24.az xəbər verir ki, 33 yaşlı hücumçu bu mükafata layiq görülən beşinci ingilis futbolçu olub.
1956-cı ildə "Blackpool"un formasını geyinən Stenli Metyus bu mükafatı qazanan ilk ingilis kimi tarixə düşüb. Bobbi Çarlton ("Mançester Yunayted") 1966-cı ildə, Kevin Kiqan ("Hamburq") isə həm 1978, həm də 1979-cu illərdə bu mükafata sahib çıxmışdı.
"Ballon d'Or"u qazanan sonuncu ingilis futbolçu isə Maykl Ouen olub. O, 2001-ci ildə, "Liverpul"da çıxış edərkən bu mükafata layiq görülmüşdü.