"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbır verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
Mənbənin sözlərinə görə, təcrübəli ingilis futbolçu agentlər tərəfindən "İnter"ə təklif olunub.
Qeyd edək ki, Harri Maquayr bu ilin əvvəlində "Mançester Yunayted"lə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Bununla belə, təcrübəli müdafiəçinin yay "transfer pəncərəsi"ndə klubdan ayrılmaq ehtimalının artdığı vurğulanır.