İngiltərə millisinin hücumçusu Harri Keyn vurduğu qolların sayına görə əfsanəvi braziliyalı Peleni geridə qoyaraq dünya çempionatları tarixinə düşüb.
İdman.Biz-in məlumatına görə, hücumçu 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Konqo Demokratik Respublikasına (2:1) qarşı oyunda iki qol vuraraq dünya çempionatlarında vurduğu qolların sayını 13-ə çatdırıb.
Bu qolla Keyn 12 qol vuran Peleni geridə qoyub və Fransa millisinin hücumçusu Jüst Fonteynə çatıb. Maraqlıdır ki, Fonteyn bütün qollarını 1958-ci il dünya çempionatında vurub və onun rekordu hələ də qırılmayıb.
Keynin dublu İngiltərənin Konqo Demokratik Respublikası üzərində 2:1 hesablı qələbə qazanmasına və 1/8 finala yüksəlməsinə kömək edib. Burada onlar Meksika ilə qarşılaşacaqlar.