top
Hansi Flik “Barselona”nın Xulian Alvaresi transfer etməyə cəhd göstərməsini istəyib Idman.biz
14 avqust 2026, 18:11
- ↺ +

Hansi Flik “Barselona”nın Xulian Alvaresi transfer etməyə cəhd göstərməsini istəyib

İspaniyanın "Barselona" futbol klubu Xulian Alvaresin transferi ilə bağlı ümidini hələ də itirməyib.

İdman.Biz xəbər verir ki, Hansi Flik klub rəhbərliyindən "Atletiko Madrid"in argentinalı hücumçusu üçün danışıqları davam etdirməyi istəyib. Almaniyalı mütəxəssis 26 yaşlı futbolçunu hücum xəttini tamamlamaq üçün prioritet seçimlərdən biri hesab edir.

Kataloniya təmsilçisi Alvaresi Lamin Yamal və Rafinya ilə birlikdə hücum üçlüyünün əsas parçalarından biri kimi görür. "Barselona"nın daha əvvəl futbolçu üçün yüksək məbləğli təklif irəli sürdüyü, lakin Madrid klubunun bunu qəbul etmədiyi bildirilir.

"Atletiko" isə Alvaresin La Liqadakı birbaşa rəqibə satışına isti yanaşmır. Futbolçunun müqaviləsində İspaniya klubları üçün 500 milyon avroluq sərbəst qalma məbləğinin olduğu qeyd edilir. Madrid təmsilçisinin mövqeyi hazırda sərtdir və daha aşağı məbləğlə razılaşmaq niyyətində olmadığı bildirilir.

Bununla belə, "Barselona" hücumçunun öz istəyinin danışıqların istiqamətini dəyişə biləcəyinə ümid edir.

Alvares isə komanda yoldaşları qarşısında səhvini etiraf edib. Futbolçu son dövrdə gələcəyi ilə bağlı yaranmış vəziyyəti düzgün idarə etmədiyini qəbullanıb.

Məlumata görə, avqustun üçüncü həftəsində "Atletiko"nun baş direktoru Migel Anxel Xil Marin futbolçu ilə onun gələcəyini müzakirə etməlidir. Alvares klub rəhbərliyinin mövqeyini yumşalda bilsə, "Barselona" transfer pəncərəsi bağlanmamış yeni təklif göndərməyə hazırlaşır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Futbol
Bu gün, 12:44

Şahdağ Qusar baş məşqçisi Füzəli Məmmədov: "Heç bir təklif məni maraqlandırmaz, mən Şahdağdayam"

Qarabağ FK
Bu gün, 12:35

“Kəpəz” - “Qarabağ” matçında böyük coşqu - FOTOLAR

Futbol
Bu gün, 12:30

UEFA Çempionlar Liqası: ‘Sabah’–‘Barselona’ qarşılaşmasında maraqlı statistikalar açıqlanıb

Qarabağ FK
Bu gün, 12:25

Qurban Qurbanov Gəncədə ikiqat yubileyini qeyd etdi

Futbol
Bu gün, 12:21

“Döyüş klubu” filminin ulduzu Arda Gülərə heyranlığını açıqladı - FOTO

Futbol
Bu gün, 12:20

Muzeyin qarşısında Ronaldonun nəhəng heykəli qoyuldu - VİDEO

Oxşar xəbərlər