top
Hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib Sport24.az
21 aprel 2026, 23:54
- +

Hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub. Sport24.az xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib.

 

Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər.

 

Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

 


Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

 

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

 


Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

 

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

 


Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Nyukasl" "Mançester Yunayted"in Lyuis Holl üçün təklifini rədd edib

Futbol
Bu gün, 06:13

"Qalatasaray" rusiyalı oyunçu üçün təklifini artırıb

Futbol
Bu gün, 05:05

„Parma“ „Atalanta“nın hücumçusu El Bilal Turenin icarəyə götürüb

Futbol
Bu gün, 04:12

Matvey Safonov PSJ-dən ayrıla bilər

Futbol
Bu gün, 03:19

Fisnik Aslaninin “RB Leypsiq”ə transferi baş tutmayıb

Futbol
Bu gün, 02:07

Endrik yenə “Real Madrid”i tərk edəcək

Futbol
Bu gün, 01:46

Ronald Arauxo “Liverpul”a keçir

Futbol
Bu gün, 00:51

Real Madrid yarımmüdafiəçi axtarışını dayandırıb

Futbol
Bu gün, 00:18

Kristal Palas Fulhemə qalib gəlib

Minifutbol
Bu gün, 00:06

Baku Kubokunun U-14 yaş qrupunda 2-ci turun nəticələri

Futbol
Dünən, 23:58

“Bavariya”nın baş məşqçisi yoldaşlıq oyunundakı oyunçularını qiymətləndirib

Digər
Dünən, 23:41

Fərid Qayıbov Xankəndi stadionunda aparılan işlərlə maraqlanıb

Güləş
Dünən, 23:25

Dünya Güclü 3x3 Komandaları Azərbaycanda

Futbol
Dünən, 23:10

"Sumqayıt" Qəbələdə Qətər klubu ilə qarşılaşıb

Basketbol
Dünən, 22:56

U16 qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatında oyun cədvəli

Minifutbol
Dünən, 22:36

Emil Əliyev Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçilib

Futbol
Dünən, 22:21

"Səbail" PFK-nın yeni idarə heyəti təqdim edilib

Digər
Dünən, 22:04

İran naziri: Bakı idman mərkəzi statusunu saxlayır

Futbol
Dünən, 21:55

Çelsi 16 futbolçunu satmağa hazırlaşır

Futbol
Dünən, 21:35

Ağadadaş Salyanski “Araz-Naxçıvan”a keçib

Futbol
Dünən, 21:19

Luka Zidan "Qranada"dan ayrılıb

Futbol
Dünən, 21:04

"Liverpul" Bredli Barkola üçün 115 milyon avroluq təklif hazırlayır

Futbol
Dünən, 20:48

„Marsel“ Səudiyyə Ərəbistanındakı „Neom“ klubundan qapıçı icarəyə götürməyə hazırlaşır

Minifutbol
Dünən, 20:27

Sumqayıt Qətər klubu ilə heç-heçə etdi

Oxşar xəbərlər