top
Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib Idman.biz
Bu gün, 19:51
- ↺ +

Gürcüstan futbolunun tanınmış məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib

Gürcüstan futbolunda ağır itki baş verib. Milli komandanın sabiq kapitanı, PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın keçmiş məşqçisi Giorgi Nemsadze 54 yaşında vəfat edib.

İdman.Biz Gürcüstan mediasına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçinin ölüm səbəbi hələlik rəsmən açıqlanmayıb.

Nemsadze Gürcüstan futbolunun tanınmış simalarından biri olub. O, 1992-2004-cü illərdə milli komandanın heyətində 69 oyun keçirib. Bu qarşılaşmaların 42-də kapitan sarğısını daşıyıb.

Futbolçu karyerasına Tbilisi "Dinamo"sunda başlayan Nemsadze müxtəlif illərdə ölkəsinin "Quriya", "Şevardeni" və "Lokomotiv" klublarında da çıxış edib. O, Almaniyanın "Hamburq", Türkiyənin "Trabzonspor", İsveçrənin "Qrasshoppers", İtaliyanın "Reccana" və Şotlandiyanın "Dandi" komandalarının formasını geyinib.

1996/1997 mövsümündə "Trabzonspor"da çıxış edən yarımmüdafiəçi Türkiyə Superliqasında 32 oyuna bir qol vurub. Şotlandiyanın "Dandi" klubunda isə kapitanlıq edib.

Nemsadze Gürcüstan çempionatının dördqat qalibi olub. O, Türkiyə çempionatında da mükafatçılar sırasına düşüb.

Peşəkar futbolçu karyerasını Tbilisi "Dinamo"sunda başa vuran Nemsadze 2011-ci ilin martında həmin klubun idman direktoru təyin edilib. Təxminən ilyarım sonra vəzifəsindən ayrılaraq məşqçiliyə başlayıb.

Mütəxəssis müxtəlif dövrlərdə "Şevardeni", Qori "Dila"sı və Tbilisi "Dinamo"sunun baş məşqçisi olub. O, 2020-2021 mövsümündə paytaxt klubuna rəhbərlik edib.

Nemsadzenin məşqçilik karyerasının diqqətçəkən məqamlarından biri Xviça Kvaratsxeliya ilə bağlıdır. O, 2017-ci ildən ölkənin U-17 millisinin baş məşqçisi kimi çalışıb. Həmin dövrdə hazırda PSJ-də çıxış edən Kvaratsxeliya və onun nəslindən olan digər gənc futbolçular Nemsadzenin rəhbərliyi altında məşq ediblər.

Mütəxəssis son dövrlərdə Gürcüstanın U-18 millisinin baş məşqçisi vəzifəsini tutub.

Nemsadzenin vəfatı ilə əlaqədar Türkiyənin "Trabzonspor" klubu da rəsmi başsağlığı yayıb. Klub keçmiş futbolçusunun ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə başsağlığı verib.

Türkiyə təmsilçisinin açıqlamasına əsasən, Giorgi Nemsadze oktyabrın 23-də Gürcüstanda dəfn olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:51

Puxaç: Borussia oyunu sonrası boşluq hissi, “Sabah”ın heç-heçə edə biləcəyi

Digər
Bu gün, 20:27

Trent sabiq klubuna qayıda bilər

Digər
Bu gün, 20:24

“Şəki” 5:0 hesablı məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırdı

Digər
Bu gün, 20:17

Toni Kroos tarixin ən yaxşı beş yarımmüdafiəçisini seçdi

Futbol
Bu gün, 20:04

Barselona futbolçusu Dani Olmo zədəsini təsdiq etdi – El Klasiqoda iştirak etməyəcək

Futbol
Bu gün, 19:58

Bavariya kapitanı, atasının vəfatından dolayı Arsenal matçı buraxacaq

Digər
Bu gün, 19:36

Kurtua “Qızıl top” uğrunda mübarizədə Mbappeni Yamaldan üstün tutdu

Digər
Bu gün, 19:23

Dortmund “Borussiya”sından Azərbaycana ana dilimizdə təşəkkür - VİDEO

Digər
Bu gün, 19:20

"Kəpəz" "Şəfa" ilə oyuna itkisiz hazırlaşır

Digər
Bu gün, 19:17

Kriştianu Ronaldu ağır zədə alan Kvaratsxeliyaya dəstək verdi - FOTO

Digər
Bu gün, 19:08

“Fənərbağça”da ciddi itkilər: Asensio üç ay, Ake üç həftə oynamayacaq

Futbol
Bu gün, 18:59

Manchester City futbolçusu Fil Foden: Ən yaxşı formama qayıtmaq istəyirəm

Digər
Bu gün, 18:53

Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq

Basketbol
Bu gün, 18:52

İoannis Diamantakos: Azərbaycan qadın basketbolu mühüm mərkəzə çevrilə bilər

Futbol
Bu gün, 18:51

Marko Asensio 3 ay boyu yaşıl meydanlardan uzaq qala bilər

Digər
Bu gün, 18:45

Yunanıstan basketbolunda böyük qalmaqal: hakimin evindən 800 min avro tapıldı

Digər
Bu gün, 18:39

Flikin keçmiş komanda yoldaşı onun məşqçilik bacarığını şübhə altına aldı

Digər
Bu gün, 18:24

Maykl Karrik Fabreqası təriflədi

Futbol
Bu gün, 18:00

Fənərbaxça futbolçusu Genduzi matçın ən yaxşısı seçildi, qola səbəb olduğu üçün azarkeşlər narazı

Güləş
Bu gün, 17:55

Keçmiş Olimpiya güləşçisi Natiq Eyvazov Füzulidə gənclərin idmana cəlb edilməsini təşviq edir

Digər
Bu gün, 17:40

“Sabah”ın qapıçısı yenidən Qazaxıstan millisindən dəvət alıb

Qarabağ FK
Bu gün, 17:26

"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib

Digər
Bu gün, 17:20

"Liverpul"un kapitanı: "Tənqidləri qəbul edirəm"

Oxşar xəbərlər