top
Giorgi Minaşvili: Sabah Akademiyası gənc futbolçuların inkişafı üçün mühit yaratmalıdır Sport24.az
01 oktyabr 2025, 13:40
- +

Giorgi Minaşvili: "Sabah" Akademiyası gənc futbolçuların inkişafı üçün mühit yaratmalıdır

"Sabah" Futbol Akademiyasının bölgədə aparıcı mərkəzlərdən birinə çevrilməsi, əsas komandaya və beynəlxalq futbol bazarına yüksək səviyyəli oyunçular yetişdirməsi çox vacibdir". Sport24.az xəbər verir ki, bu barədə "Report"a Bakı təmsilçisinin akademiyasına koordinator təyin edilən Giorgi Minaşvili açıqlama verib.

 

Gürcüstanlı mütəxəssis bu kluba qoşulmağın onun üçün böyük şərəf olduğunu bildirib:

 

"Bu günə qədər müxtəlif ölkələrdə - həm akademiyalarda, həm də peşəkar komandalarla çalışaraq qazandığım peşəkar təcrübə mənə deməyə imkan verir ki, burada birlikdə uğurlu bir sistem qura bilərik. Hesab edirəm ki, "Sabah"ın layihəsi çox iddialıdır və bu təyinat mənim üçün klubun vizionuna və məqsədlərinə tam xidmət etmək baxımından böyük bir məsuliyyətdir. İlk gündən klubun ciddi yanaşmasını və əməkdaşlarının güclü öhdəliyini hiss etdim ki, bu da məni gələcək adına çox nikbin edir".

 

O, qarşıdakı məqsədlər barədə danışıb:

"Əsas məqsədim gənc futbolçuların həm peşəkar, həm də şəxsi inkişaf edə biləcəyi bir mühit yaratmaqdır. Biz elə bir struktur formalaşdırmaq istəyirik ki, bu, yalnız texniki və taktiki bacarıqları təkmilləşdirməsin, eyni zamanda, oyunçular arasında düzgün idman mədəniyyəti də formalaşdırsın. "Sabah" akademiyasının bölgədə aparıcı mərkəzlərdən birinə çevrilməsi, əsas komandaya və beynəlxalq futbol bazarına yüksək səviyyəli oyunçular yetişdirməsi çox vacibdir. Bundan əlavə, mən məşqçilərin təhsilinə və müasir məşq metodlarının tətbiqinə xüsusi diqqət yetirməyi planlaşdırıram. Bizim ortaq hədəfimiz "Sabah" akademiyasının keyfiyyət və inkişafla sinonimə çevrilməsi, gənc istedadlarımızın isə gələcəkdə klubun və milli komandanın layiqli üzvü kimi yetişməsidir".

 

Qeyd edək ki, "Sabah" 43 yaşlı mütəxəssislə "1+2" illik müqavilə bağlayıb. Akademiyanın əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda klubun əvəzedici və U-19 komandasının baş məşqçisidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər