top
Georgi Adamiya keçmiş komanda yoldaşları haqqında danışdı Idman.biz
09 may 2026, 15:54
- ↺ +

Georgi Adamiya keçmiş komanda yoldaşları haqqında danışdı

"Sürət baxımından yəqin ki, ən astagəl "İnter"də birgə oynadığım Slavço Georgiyevski idi".

Bunu karyerasının böyük hissəsini Azərbaycanda keçirən, ölkəmizdə "Neftçi", "Bakı", "Qarabağ" və "İnter" klublarında çıxış edən gürcüstanlı sabiq futbolçu Georgi Adamiya futbolinfo.az-a verdiyi müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

Birgə oynadığınız futbolçulardan ən istedadlısı kim olub?

– Əfran İsmayılov. Onun böyük futbolda oynamaq üçün bütün imkanları və potensialı var idi. Sürət, driblinq, cəsarət – bir sözlə, Əfran müasir futbolda lazım olan hər şeyə sahib idi.

– Birgə oynadığınız ən sürətli futbolçu…

– Zaur Tağızadə. Sadəcə, topu onun olduğu zonaya ötürmək kifayət edirdi. Zaur sürəti ilə həmişə rəqibləri qabaqlayırdı.

– Ən astagəl, yavaş qaçan futbolçu kim idi?

– Sürət baxımından yəqin ki, ən astagəl "İnter"də birgə oynadığım Slavço Georgiyevski idi. Buna baxmayaraq, meydanda çox sürətli düşünür, anında qərar verirdi.

– Bəs, ən çalışqan kim olub?

– Ansi Aqolli. O, hər məşqdən əvvəl özünü məşqə hazırlamaq üçün idman zalına gedirdi.

– Birgə oynadığınız futbolçulardan ən tənbəli…

– Xatırlayırsınızsa, "Bakı"da braziliyalı hücumçu Jaba oynayırdı. Ən tənbəl kimi onu qeyd edərdim. Əsasən də məşqdən əlavə çalışmağı sevmirdi (gülür). İstedadlı olsa da, tənbəl idi.

– Komanda yoldaşlarınızdan ən ciddisi, zəhmlisi kim idi?

– Meydanda ən sərt və ciddi olan Rəşad Sadıqov idi. O, oyunlara həmişə çox ciddi yanaşırdı və matçda heç kimin rahatlaşmasına imkan vermirdi.

– Birgə oynadığınız futbolçulardan ən zarafatcılı kim olub?

– Mahir Şükürov, Elnur Allahverdiyev və Maksim Medvedev. Onlar həmişə zarafat edirdilər. Özü də bütün gün ərzində şən və zarafatcıl ola bilirdilər.

– Keçmiş həmkarlarınızdan ən sərt və dalaşqanı…

– Elnur Allahverdiyev və Valeri Abramidze. Bir də rəqib kimi qarşılaşdığım Füzuli Məmmədovu qeyd edərdim.

– Birgə oynadığınız ən sakit futbolçu kim idi?

– "Qarabağ"da bir yerdə oynadığım Admir Teli. Həm meydanda, həm də həyatda həmişə sakit və təmkinli idi.

– Birgə oynadığınız futbolçulardan ən çox pul xərcləyəni, yəni bədxərci kim olub?

– Yenə Jabanın adını çəkəcəm. O, pulları sağa-sola, hara gəldi xərcləyirdi (gülür).

– Bəs birgə oynadığınız ən simic futbolçu…

– Təkcə bu suala ad çəkə bilməyəcəm. Çünki mən belə bir şey hiss etməmişəm ki, kimsə pul xərcləməkdən və ya ödəməkdən imtina etsin. Ola bilsin ki, kimdəsə belə hallar olub, amma mən görməmişəm.

– Birgə oynadığınız futbolçulardan ən savadlısı kim idi?

– "Neftçi"də hücumçu var idi – Tomislav Mişura. Ondan savadlı futbolçu yadıma gəlmir. Hətta televizora da baxmırdı, ancaq kitab oxuyurdu.

– Yoldaşlarınızdan ən zövqlü geyinən kimi hesab edirsiniz?

– Subaşiç və Abramidzeni. Onlar dəblə ayaqlaşmağı çox sevir, geyimlərinə həmişə diqqət edirdilər (gülür).

– Birgə oynadığınız ən yaxşı səsi olan, ən yaxşı mahnı oxuyan futbolçu kim olub?

– Georgi Lomaya və Aleksandr Çertoqanov. Hər ikisinin yaxşı mahnı oxumağı var idi (gülür). Lomayanı xüsusi qeyd edərdim. Onun repertuarında təkcə gürcü yox, ingilis və rus mahnıları da var idi (yenə gülür).

– Bəs, ən yaxşı rəqs edən…

– Oynadığım futbolçular arasında rəqs edənləri az görmüşəm. Düzdür, Jaba rəqs etməyi sevirdi. Amma bu suala cavab olaraq Ramazan Abbasovun adını çəkəcəm, yaxşı rəqs etməyi var. Yəqin ki, bu müsahibəni oxuyandan sonra məni öldürəcəklər (gülür).

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Oxşar xəbərlər