AFFA Gənclər Liqasının II turunda xoşagəlməz anlar yaşanıb. Sport24.az xəbər verir ki, Gəncə şəhər stadionunda "Kəpəz" – "Sumqayıt" görüşünün 83-cü dəqiqəsində futbolçular arasında dava düşüb.
Meydan sahiblərinin üzvü Nihad İsaqov və qonaqlardan Raul Əliyev bir-birlərinə zərbə endiriblər. Baş hakim hər iki oyunçuya birbaşa qırmızı vərəqə göstərərək meydandan kənarlaşdırıb.
AFFA İntizam Komitəsi insidenti "təcavüzkar davranış" kimi qiymətləndirib və hər iki futbolçuya 3 oyunluq cəza verib. İsaqov və Əliyev Azərbaycanın U-17 və U-18 yığmalarının üzvləridirlər.
Qeyd edək ki, matç "Sumqayıt"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.