top
Füzuli Məmmədov: Karvan-Yevlaxın məqsədi Premyer Liqada qalmaqdır Idman.biz
02 aprel 2026, 16:01
- ↺ +

Füzuli Məmmədov: "Karvan-Yevlax"ın məqsədi Premyer Liqada qalmaqdır

"Biz hər oyuna maksimum nəticə üçün çıxırıq və qarşıdakı rəqibin kimliyindən asılı olmayaraq öz oyunumuzu sərgiləməyə çalışırıq".

Bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Milli fasilə komandaya necə təsir etdi?

- Milli fasilədən maksimum səmərə ilə istifadə etməyə çalışdıq. Bu müddət ərzində həm fiziki, həm də taktiki baxımdan üzərində işlədiyimiz məqamlar oldu. Eyni zamanda bəzi oyunçuların bərpası və komandadaxili balansın yenidən qurulması üçün yaxşı fürsət yarandı. Düşünürəm ki, bu fasilə komandaya müsbət təsir edəcək və qarşıdakı oyunlarda bunun nəticəsini daha aydın görəcəyik.

- Növbəti oyun "Qarabağ"ladı. Sürpriz nəticə gözləmək olar?

- Biz hər oyuna maksimum nəticə üçün çıxırıq və qarşıdakı rəqibin kimliyindən asılı olmayaraq öz oyunumuzu sərgiləməyə çalışırıq. "Qarabağ" çox keyfiyyətli və sabit çıxış edən kollektivdir, bunu hamımız bilirik. Amma son oyunlarda komandamızın inkişafı və meydanda göstərdiyi performans bizi ümidləndirir. Futbolçular artıq tələblərə daha yaxşı uyğunlaşır və oyun intizamı baxımından irəliləyiş var. Düşünürəm ki, bu dinamikanı davam etdirə bilsək, qarşıdakı matçlarda daha yaxşı nəticələr əldə etmək mümkündür.

- Komandanın Liqada qalması üçün nə etməlisiniz?

- Hazırkı vəziyyəti düzgün qiymətləndiririk və reallığı anlayırıq. Əsas məqsədimiz hər oyuna maksimum ciddi yanaşmaq, xırda detallar üzərində işləmək və komanda olaraq sabitliyi artırmaqdır. Liqada qalmaq üçün ilk növbədə intizamlı oyun, konsentrasiya və sonadək mübarizə əsas şərtlərdir. Eyni zamanda biz yalnız qısa müddətli nəticələri yox, klubun ümumi inkişafını da düşünürük. Qarşıdakı oyunlarda xal ehtiyatımızı maksimum artırmağa çalışacağıq. İnanıram ki, komanda bu məsuliyyəti dərk edir və meydanda bunun qarşılığını verməyə çalışacaq.

- Birinci Liqaya düşsəniz, komanda ilə davam edəcəksiniz?

- Hazırda bütün diqqətimiz cari mövsümə və qarşıdakı oyunlara yönəlib. Klub olaraq əsas məqsədimiz Premyer Liqada qalmaqdır və bütün gücümüzü buna səfərbər etmişik. Gələcəklə bağlı qərarlar isə mövsüm başa çatdıqdan sonra klub rəhbərliyi ilə birlikdə müzakirə olunacaq. Mənim üçün əsas olan klubun maraqlarıdır və hansı qərar veriləcəksə, bu da məhz klubun inkişafına uyğun şəkildə olacaq. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, klubun qarşısında uzunmüddətli inkişaf strategiyası var və bu istiqamətdə ciddi işlər görülür. İnfrastruktur artıq maksimum səviyyəyə çatdırılıb və yenidənqurma prosesləri davam edir. Hazırda istifadə etdiyimiz bazadan əlavə, əvvəlki bazamız akademiya üçün əsaslı şəkildə təmir olunur. Burada təbii ot örtüklü meydança və tribuna hazırlanır. Bununla yanaşı, akademiya üçün nəzərdə tutulmuş ərazidə iki yeni təbii ot örtüklü meydança da salınıb. Bu da göstərir ki, klub yalnız bu gün üçün yox, gələcək üçün də sağlam və dayanıqlı təməl qurur.

- Mövsümün əvvəlində baş məşqçi təyin olunsaydınız, başqa nəticə ola bilərdi?

- Futbolda "əgər"lərlə danışmaq doğru yanaşma deyil. Mən komandaya qoşulduğum vaxtdan etibarən mövcud vəziyyəti qəbul edib işə başlamışam və bütün diqqətimi prosesi düzgün qurmağa yönəltmişəm. Təbii ki, hər bir məşqçi mövsümün əvvəlindən komandaya rəhbərlik etməyi üstün tutar, çünki bu zaman həm seleksiya, həm hazırlıq prosesi, həm də oyun fəlsəfəsinin formalaşdırılması üçün daha geniş imkan olur. Amma bu, futbolun bir parçasıdır və biz mövcud şərtlərlə işləməyi bacarmalıyıq. Hazırda əsas məqsədimiz komandada sabitliyi yaratmaq, oyun keyfiyyətini artırmaq və mərhələli şəkildə istədiyimiz səviyyəyə çatmaqdır. Mövsümün gedişatını və mövcud vəziyyəti düzgün qiymətləndiririk, eyni zamanda klub olaraq daha geniş perspektivdən yanaşırıq. Əsas hədəf yalnız bu mövsümün nəticəsi ilə məhdudlaşmır – biz daha dayanıqlı və rəqabətədavamlı komanda formalaşdırmaq üzərində çalışırıq. İnanıram ki, görülən işlər və atılan addımlar növbəti mərhələdə komandanın daha güclü şəkildə öz sözünü deməsinə imkan verəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
10 oktyabr 2026, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
10 oktyabr 2026, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Oxşar xəbərlər