top
Futbolumuzun “qara cümə”si və ya yerli məşqçilərin fiaskosu Sport24.az
08 iyun 2024, 11:00
- ↺ +

Futbolumuzun “qara cümə”si və ya yerli məşqçilərin fiaskosu

RƏŞAD

Neçə vaxtdı ölkənin əsas komandası üçün baş məşqçi axtarışına çıxmışıq. Hər gün mətbuatda bir mütəxəssisn adı yazılır, hər dəfə həmin məşqçinin müsbət və mənfi tərəflərini müzakirə edir, onun yığma komandamıza nə verəcəyini təhlil edirik. Sanki yeni gələn mütəxəssis "ağ atlı oğlan"dı, Bakıya qədəm basan kimi futbolumuzun bütün problemləri həll olunacaq, yığma komanda qələbələri sıralayacaq, müdafiəçilərimiz rəqib hücumçularına göz açmağa imkan verməyəcək, hücumçularımız isə rəqib qapısını aşsüzənə döndərəcək.



Doğrudanmı siz elə düşünürsüz? Elə fikirdəsizsə, səhvsiz. Otuz iki ildi deyirik, yazırıq, bu gün də təkrarlamağa məcburuq. Azərbaycan futbolunun, daha doğrusu, yığmasının problemi baş məşqçi deyil! Azərbaycanda kadr, daha dəqiq desəm, futbolçu problemi var. Özü də bu tək A millisi ilə bağlı deyil. Bütün yaş qrupları üzrə yığma komandalarımızda eyni problem yaşanır.


Neçə vaxtdı futboldan, millidən söz düşəndə yerli mütəxəssislər sanki, sözləşiblərmiş kimi ölkənin əsas komandasına yerli məşqçinin rəhbərlik etməsinin vacibliyini qeyd edir, mentallıq, milli ruh barədə gəlişi gözəl sözlər səsləndirirlər. Hamı danışır. Ancaq real durumu nəzərə alan yoxdu.


Dünən Azərbaycan futbolunda daha bir "qara cümə" yaşandı. Əsas milli Albaniyaya, Samir Əliyevin rəhbərlik etdiyi U-21 Slovakiyaya, Elxan Abdullayevin U-19-u isə Türkiyəyə böyük hesabla məğlub oldu. Bu da sizə yerli məşqçilər... Bunlar yeniyetmə və gənclər millisində özlərini doğrulda, ortaya iş qoya bilmirlərsə, sabah A millisinə gəlsələr nə edəcəklər?


Odur ki, yenə deyirəm, bizim problemimiz əcnəbi məşqçi ilə bağlı deyil. Çatışmazlığı ümumi futbol sistemində axtarmaq lazımdı. Nə qədər ki, bu sistemdə dəyişiklik olmayacaq, məşqçilər müasir futbolun tələblərinə uyğun işlərini qurmayacaqlar inkişafdan, irəli getməkdən danışa bilməyəcəyik. Sistem, işə yanaşma dəyişməlidi, cənablar...


AFFA prezidenti postunda dəyişiklik etməklə inkişaf olmur. Qurban Qurbanov demişkən, toplananların yerini dəyişəndə cəm dəyişmir...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Oxşar xəbərlər