Azərbaycanda futbol klublarının lisenziyalaşdırma prosesində peşəkar kadr çatışmazlığı mövcuddur.
Bunu "Report"a müsahibəsində AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəisi Seymur Səlimli deyib.
O, buna səbəb kimi klublarda iş bölgüsünün düzgün aparılmamasını göstərib:
"Klubların qarşılaşdığı əsas çətinliklərdən biri müvafiq sahələr üzrə peşəkar və təcrübəli əməkdaşların cəlb olunmasıdır. Lisenziyalaşdırma prosesi yalnız sənədlərin hazırlanması və sistemə yüklənməsi ilə məhdudlaşmır.