"Everton" "Fulhem"in yarımmüdafiəçisi Harri Vilsona təklif göndərib. Sport24.az xəbər verir ki bu barədə "BBC Sport" məlumta yayıb.
Mənbənin sözlərinə görə, təklif ötən həftə daxil olsa da, London təmsilçisi tərəfindən geri çevrilib. Klub onu bu ay satmaq fikrində deyil və onunla uzunmüddətli müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, Vilsonun "Fulhem" ilə müqaviləsi bu ilin yayında başa çatacaq.