"Barselona" İspaniya La Liqasının IX turunda "Real"la qarşılaşacaq. Sport24.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Jul Kunde görüşü buraxa bilər.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Fransalı müdafiəçi ağrıları səbəbindən kollektiv məşqdə iştirak etməyib. Onun son durumu oyun günü məlum olacaq.
Qeyd edək ki, sabah keçiriləcək "Barselona" – "Real" matçına 00:00-da start veriləcək.