top
Fransa Liqa 1: Monako, PSJ və Liondan 31-ci turda müxtəlif nəticələr Idman.biz
26 aprel 2026, 01:15
- ↺ +

Fransa Liqa 1: "Monako", PSJ və "Lion"dan 31-ci turda müxtəlif nəticələr

Fransa Liqa 1-in 31-ci turunda "Monako" səfərdə "Tuluza"nın qonağı olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar altıncı dəqiqədə Cordan Tezenin qolu ilə önə keçiblər. 18-ci dəqiqədə isə yarımmüdafiəçi Lamin Kamara fərqi iki topa çatdırıb. Lakin meydan sahibləri təslim olmayıblar. 62-ci dəqiqədə Ceysen Rassell-Rou fərqi azaldıb, 90-cı dəqiqədə isə Emersonn Korreya da Silva bərabərlik qolunu vuraraq son nöqtəni qoyub. Fransanın "Monako" futbol komandasının heyətində Aleksandr Qolovin 61-ci dəqiqədə meydana daxil olsa da, effektivliyi ilə seçilməyib.

Hazırda 31 oyundan sonra "Monako" 51 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. "Tuluza" isə 38 xalla onuncu sıradadır.

Növbəti turda "Monako" səfərdə "Metz" ilə üz-üzə gələcək. "Tuluza" isə "Strasburq"u qonaq edəcək.

23:08

Fransa Liqa 1-in 31-ci turu çərçivəsində PSJ səfərdə "Anje"nin qonağı olub. "Raymon Kopa" stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, səkkizinci dəqiqədə PSJ-nin yarımmüdafiçisi Li Kan İn hesabı açıb. 39-cu dəqiqədə Senni Mayulu fərqi iki qata çatdırıb. 52-ci dəqiqədə isə müdafiəçi Lukas Beraldo matçda son nöqtəni qoyub.

Paytaxt təmsilçisi oyunun 74-cü dəqiqəsində azlıqda qalıb. Belə ki, hücumçu Qonsalu Ramuş ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarının sayını 69-a çatdıran PSJ turnir cədvəlinə başçılıq edir. 34 xalı olan "Anje" isə 13-cü pillədə qərarlaşıb.

Növbəti turda "Anje" mayın üçündə "Oser"in qonağı olacaq. PSJ isə bir gün əvvəl öz meydanında "Loryan" ilə üz-üzə gələcək.

21:13

Fransa Liqa 1-in 31-ci turunda "Lion" öz meydanında "Oser"i qəbul edib. Azarkeşlərin beş qola şahidlik etdiyi qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 19-cu dəqiqəsində Abnerin ötürməsini dəqiq dəyərləndirən Roman Yaremçuk komandasını önə keçirib. Lakin qonaqlar 35-ci dəqiqədə Sinali Diomandenin qolu ilə tarazlığı bərpa ediblər.

İkinci hissədə təzyiqi artıran "Lion" 66-cı dəqiqədə yenidən hesabı xeyrinə dəyişib. Bu dəfə Eynsli Meytlend-Naylsın ötürməsindən sonra Korentin Tolisso fərqlənib. Cəmi beş dəqiqə sonra Roman Yaremçuk özünün ikinci, komandasının isə üçüncü qolunu rəqib qapısından keçirib. Oyunun son nöqtəsini isə "Oser"in oyunçusu Brayan Oko qoyub.

Bu nəticədən sonra Fransanın "Lion" futbol komandası xallarını 57-ə çatdırıb və hazırda üçüncü pillədədir. "Oser" isə 25 xalla 16-cıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər