top
Fransa Liqa 1-də həftənin oyunları: Lion PSJ-ni məğlub etdi, Renn inamlı qələbə qazandı, Monako heç-heçə etdi və s Idman.biz
20 aprel 2026, 01:06
- ↺ +

Fransa Liqa 1-də həftənin oyunları: "Lion" PSJ-ni məğlub etdi, "Renn" inamlı qələbə qazandı, "Monako" heç-heçə etdi və s

Fransa Liqa 1-in 30-cu turu çərçivəsində keçirilən qarşılaşmada PSJ öz meydanında "Lion"u qəbul edib. "Park de Prens" stadionunda baş tutan oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda hesab yeddinci dəqiqədə açılıb. "Lion"un hücumçusu Endrik fərqlənərək komandasını önə keçirib. 18-ci dəqiqədə isə Afonsu Moreyra qonaqların üstünlüyünü iki topa çatdırıb.

Paris təmsilçisi yalnız 90+4-cü dəqiqədə təsəlli qoluna imza atıb. Xviça Kvaratsxeliya fərqlənərək qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 1:2.

Bu məğlubiyyətə baxmayaraq, PSJ 28 oyundan sonra 63 xalla turnir cədvəlinə başçılıq edir. "Lion" isə 30 oyundan sonra 54 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

21:25

Fransa Liqa 1-in 30-cu turu çərçivəsində "Strasbur" öz meydanında "Renn"i qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Renn" 20-ci dəqiqədə Esteban Lepolun qolu ilə hesabı açıb. Bu qolda məhsuldar ötürməni Sebastian Şimanski edib. İlk hissə bu hesabla başa çatsa da, fasilədən dərhal sonra qonaqlar fərqi artırıblar.

Oyunun ikinci hissəsinin əvvəlində Esteban Lepol bu dəfə ötürməçi rolunda çıxış edərək Brel Embolonu qol vəziyyətinə çıxarıb - 2:0. Matçda son nöqtəni isə Mussa Əl-Tamari qoyub.

Bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Renn" turnir cədvəlində 4-cü pilləyə qalxıb. Aktivində 43 xal olan "Strasbur" isə 8-ci yerdə qərarlaşıb.

Paralel keçən "Nant" - "Brest" qarşılaşması dramatik heç-heçə ilə yekunlaşıb – 1:1.

Oyunun doqquzuncu dəqiqəsində Mostafa Mohamed "kannarilər"i hesabda irəli çıxarıb. Meydan sahibləri uzun müddət üstünlüyü qorumağı bacarsalar da, 66-cı dəqiqədə Demen Assumaninin qırmızı vərəqə alaraq meydandan qovulması işləri çətinləşdirib.

Azlıqda qalan "Nant" qələbəyə çox yaxın olsa da, qonaqlar 90+6-cı dəqiqədə Brendan Şardonnenin vurduğu qolla məğlubiyyətdən xilas olublar.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Nant" turnir cədvəlinin sonlarında - 17-ci pillədə qərarlaşıb. Aktivində 37 xal olan "Brest" isə 12-ci sıraya geriləyib.

Digər oyunda isə "Mets" öz meydanında "Paris" klubunu qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisi birinci hissənin ortalarında Alimami Qorinin qolu ilə hesabı açıb. Meydan sahibləri 31-ci dəqiqədə Georgi Kvilitaianın vurduğu qolla tarazlığı bərpa etsələr də, qalan dəqiqələrdə qonaqlar üstünlüyü yenidən ələ alıblar.

Oyunun 69-cu dəqiqəsində Otavio komandasını yenidən irəli çıxarıb. Matçda son nöqtəni isə 89-cu dəqiqədə İlan Kebbal qoyub.

Bu qalibiyyətdən sonra xallarının sayını 38-ə çatdıran "Paris" turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Aktivində cəmi 15 xal olan "Mets" isə sonuncu – 20-ci yerdə qalmaqda davam edir.

20:06

Fransa Liqa 1-in 30-cu turu çərçivəsində "Monako" öz meydanında "Oser"i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar 11-ci dəqiqədə Kevin Danuanın qolu ilə hesabda irəli çıxıblar. 33-cü dəqiqədə Lassin Sinayoko fərqi ikiyə çatdıraraq meydan sahiblərini çətin vəziyyətə salıb. Lakin ikinci hissədə toparlanan meydan sahibləri 56-cı dəqiqədə Ansu Fati ilə ümidlənib, cəmi üç dəqiqə sonra isə Folarin Baloqunun penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa ediblər.

30 turdan sonra 50 xal toplayan "Monako" turnir cədvəlində yeddinci pillədə qərarlaşıb. 25 xalı olan "Oser" isə 16-cı yerdədir.

Növbəti turda, aprelin 25-də "Monako" səfərdə "Tuluza"nın qonağı olacaq, "Oser" isə həmin gün "Lion"u sınağa çəkəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Oxşar xəbərlər