top
Fransa - Azərbaycan: Millimizin Park de Prensdəki şansı nədən asılıdır? Idman.biz
10 oktyabr 2025, 16:37
- +

Fransa - Azərbaycan: Millimizin "Park de Prens"dəki şansı nədən asılıdır?

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq. Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olacaq. Parisdəki "Park de Prens" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

İdman.biz-in məlumatına görə, rəqib yalnız D qrupunun deyil, ümumilikdə qarşıdakı mundialın da favoriti hesab olunur.

Demək olar ki, hamı 30 il əvvəl millimizin Fransaya 0:10 hesabı ilə uduzmasını, eləcə də cari tsikldə İslandiyaya səfərdə 0:5 hesablı ağır məğlubiyyəti xatırlayaraq bu oyundan böyükhesablı məğlubiyyət gözləyir.

Lakin fransızlar qarşıdakı oyunun aşkar favoriti sayılsalar da, milli komandamızı əvvəlcədən "dəfn etməyə" dəyməz.

Axı, hər komandanın olduğu kimi, Fransa yığmasının da zəif nöqtələri var. Bəs görəsən azərbaycanlı futbolçular Fransanın zəif tərəflərindən istifadə etməklə necə "Park de Prens"dən uğurlu nəticə ilə qayıda bilər?

Rəqibi komfortdan məhrum etmək

Didye Deşamın komandası 4-2-3-1 sxemi ilə oynayır, cinah müdafiəçiləri isə hücuma çox qoşulur. Xüsusən Teo Ernandesin irəli çıxması arxada boşluq yaradır. Azərbaycan millisinin planı bu boşluqlardan istifadə etmək, top bizdə olmayanda isə 5-4-1 sistemi ilə dar müdafiə qurmaq olmalıdır. Məqsəd - fransızları mərkəzdə deyil, cinahlarda oynamağa məcbur etməkdir.

Fransanın keçmişdən qalan zəif tərəflərindən istifadə etmək

AVRO-2024-də fransızlar dəqiqələrin biri-digərini əvəz etməsinə baxmayaraq oyundan real təhlükəli epizodlar yarada bilmədiyi görünürdü: onlar tez-tez penaltinin, rikoşetlərin və standart vəziyyətlərin ümidinə qalırdı. Hətta ulduzlarla dolu heyət belə sıx müdafiə qarşısında yaradıcılıq göstərə bilmir. Deməli, əsas prinsip – cərimə meydançasında nizam-intizamlı oynamaq, 20–23 metrlik radiusda rəqibi yıxmamaq və asmalardan sonra topa sahib olmaq uğrunda mübarizə aparmaq olacaq.

Keçidlər

Teo Ernandes irəli çıxdıqda arxasında boşluq yaranır. Burada dayaq zonasından anında uzun diaqonallar, hücumçunun uzaq bucağa qaçışı və dərinlikdən ikinci tempin dəstəyi vacibdir. Ən optimal variant – 3-5-2 sxemidir, top bizdə olmayanda isə bu sistem 5-3-2-yə çevrilə bilər. Belə olan halda bir hücumçu mərkəz müdafiəçiləri özünə tərəf çəkir, digəri isə boş sahəyə çıxaraq hücum edir. Pressinqdən çıxmaq üçün uzun ötürmələrdən istifadə etmək, Mahir Emrelinin topu özündə saxlamaq bacarığı və bu zaman cinah yarımmüdafiəçilərin hücuma qoşulmasına bel bağlamaq olar.

Fərdi nəzarət

Mbappeni boş buraxmaq olmaz. Ona sahə vermək, topu rahat qəbul etməsinə imkan yaratmaq təhlükəlidir. Onu ikiqat sığortalamaq və hərəkət trayektoriyasını məhdudlaşdırmaq vacibdir. Eyni zamanda, Maykl Oliseyə də diqqət yetirmək lazımdır – o, mərkəzə sürüşərək xətlərin arasındakı boşluqları yaxşı görür.

Pressinq məqamları

Fransa oyuna səbirli başlayır, amma lokal pressinqdə çətinlik çəkir. Qapıçıya ötürmə, dayaq zonasına zəif ayaqla pas və ya cinaha verilən xətt ötürmələri – pressinq göstərmək üçün siqnaldır. Bu anlarda beş nəfərlik sıx təzyiq onların səhv ötürmələrinə səbəb ola bilər. Bir-iki belə topu rəqibdən almaq qol imkanı deməkdir.

Standart vəziyyətlər

Fransaya qarşı hər künc zərbəsi, uzaq məsafədən cərimə və ya aut atışı fürsətə çevrilə bilər. Künc zərbələrində qapıçıya maneə zonası yaratmaq, Saliba və Upamekano arasındakı sahəyə hücum etmək və ikinci topa hazır olmaq vacibdir. Qapı qarşısında sıxlıq, iti asmalar və ikinci topdan ani zərbə favoritin üstünlüyünü neytrallaşdıra bilər.

Oyunda tempin idarə edilməsi

Oyunun ilk saatında əsas məqsəd – hesabda 0:0 saxlamaqdır. 60-cı dəqiqədən sonra Fransa sıx müdafiə qarşısında səbrini itirir, cərimələrin sayı artır və xətlər arasında boşluqlar yaranır. Bu mərhələdə cinahlarda təzə qüvvələrin meydana daxil olması və yorulmuş müdafiəçilərin arxasına qaçış vacib olacaq. Belə situasiyada cinahların bir-biri ilə kontaktı həlledici amilə çevrilə bilər.

Azərbaycan artıq sübut edib ki, ağır oyunlardan sonra toparlana bilir. Ukrayna ilə 1:1-lik heç-heçə bunun göstəricisidir. Kompakt oynamaq, soyuqqanlı olmaq və plana sadiq qalmaq – bəzən taktiki sistemdən də vacibdir.

Əlbəttə, bu, sensasiyaya üçün zəmanət deyil. Amma bütün bunlar Parisdəki gecəni "favoritin gəzintisi"ndən əsəblərin döyüşünə çevirməyin real yoludur. Şans – plana sadiq qalan və rəqibin zəif nöqtəsinə zərbə vuranın tərəfində olacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər