AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
İdman.Biz-in məlumatına görə, mütəxəssis bu barədə AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
O, "Şamaxı" - "İmişli" (1:0), "Sumqayıt" – "Qəbələ" (2:0), "Araz-Naxçıvan" – "Karvan-Yevlax" (2:1), "Sabah" – "Kəpəz" (3:1), "Zirə" – "Turan Tovuz" (0:0) və "Qarabağ" – "Neftçi" (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin "Zirə" – "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sari" ilə əvəz edilməsinin səhv qərar olduğunu bildirib.