İngiltərənin "Football Whispers" saytı UEFA Çempionlar Liqasının üçüncü turunda keçiriləcək "Sabah" - "Borussiya" (Dortmund) qarşılaşması ilə bağlı proqnozunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, nəşrin eksperti Marvellous Adepoju Bakı təmsilçisinin son beş oyunda məğlub olmamasını və "Slaviya" üzərində tarixi qələbəsini xüsusi vurğulayıb.
Təhlildə "Sabah"ın son üç qarşılaşmada qapısını toxunulmaz saxladığı və hücumda məhsuldar çıxış etdiyi qeyd olunub.
Digər tərəfdən, "Borussiya"nın ardıcıl üç matçda qələbə qazana bilməməsi və son iki oyunda qol vurmaması Azərbaycan klubunun şanslarını artıran amillər kimi qiymətləndirilib.
Bununla belə, ekspert Dortmund təmsilçisinin daha güclü heyətə və Çempionlar Liqasında böyük təcrübəyə malik olduğunu bildirib.
"Football Whispers" "Borussiya"nın 3:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırıb.
Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü bu gün Bakıda keçiriləcək. Görüş 20:45-də start götürəcək.