"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandasının üzləşdiyi çoxsaylı zədələrdən danışıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 18-də "Barselona" İspaniya çempionatının IX turu çərçivəsində "Jirona"nı qəbul edəcək.
"Mən heç nə edə bilmirəm. Nəsə həll yolunuı tapmalıyıq. Yamal və Fermin geri döndülər, lakin onlar 90 dəqiqə tam oynaya bilmirlər. Ümid edirik ki, Rafinya "El Klassiko"ya hazır olacaq. Planımız budur. Bəzən bərpa ilə bağlı problemlər olur, amma o, düzgün yoldadır. Son həftələrdə hücumda çoxlu oyunçu itirmişik. Bizim bir neçə variantımız var. Zədədən sonra geri dönən, amma yaxşı formada olmayan futbolçular var", – Flik bildirib.