"Barselona"nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Rodrinin PSJ ilə Çempionlar Liqası matçında start heyətində yer almamasının səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis qərarını futbolçunun fiziki vəziyyəti və son oyunlarda üzərinə düşən yüklə əlaqələndirib.
"Biz bütün futbolçuların, xüsusilə də milli komandalarda çıxış edənlərin fiziki vəziyyətini nəzərə almalıyıq. Rodri son üç matçda oynayıb və bu, onun ardıcıl dördüncü oyunu olacaqdı. Buna görə də onu ehtiyat oyunçular skamyasında saxlamağa qərar verdik. Onun komandamız üçün nə qədər vacib olduğunu bilirik. Lakin Mark Bernala güvənirik. O, start heyətində meydana çıxmağa hazırdır və bu mövqedə seçim imkanımız da geniş deyildi", – deyə Flik PSJ ilə görüşdən əvvəl bildirib.
Qeyd edək ki, PSJ - "Barselona" qarşılaşması UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək.