top
Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi Idman.biz
Bu gün, 13:10
- ↺ +

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

İngiltərənin "Flitvud Taun" (Fleetwood Town) klubu oktyabrın 27-də futbol dünyasının əsas qəhrəmanına çevrilib. Ölkənin dördüncü divizionunda çıxış edən bu kiçik klub komanda Premyer Liqanın hazırkı çempionu "Arsenal"ı İngiltərə Liqa Kubokundan kənarlaşdıraraq tarixində ilk dəfə dörddəbir finala yüksəlib.

İdman.Biz xəbər verir ki, "Hayberi" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.

21-ci dəqiqədə Aaron Lupalo-Bi "Flitvud"u hesabda önə çıxarıb. Fasilədən sonra Viktor Dyökereş bərabərliyi bərpa etsə də, londonlular qələbə topunu vura bilməyiblər.

Oyunun sonlarında qapıçı Cey Linç bir neçə mühüm seyvlə komandasını xilas edib. Penaltilər seriyasında isə Bruno Gimaraynşın zərbəsini dəf edib. Həlledici penaltini Konor Hoqi dəqiq yerinə yetirib.

Bəs İngiltərə futbolunun nəhənglərindən birinə qalib gələn bu kiçik klub haqqında nə bilirik?

Balıqçı şəhəri və cəmi 5327 nəfərlik stadion

"Flitvud Taun" İngiltərənin şimal-qərbində, Lankaşir qraflığında yerləşən eyniadlı sahil şəhərini təmsil edir.

İrlandiya dənizinin sahilində yerləşən Flitvudun təxminən 26 min sakini var.

Şəhər tarixən balıqçılıqla məşhur olub. Klubun ləqəbləri də məhz bununla bağlıdır: The Fishermen – "Balıqçılar" və Cod Army – "Treska ordusu".

Komanda ev oyunlarını cəmi 5 327 tamaşaçı tutan "Hayberi" stadionunda keçirir.

Maraqlıdır ki, "Arsenal"ın əfsanəvi keçmiş stadionu da "Hayberi" adlanırdı. London klubu 2006-cı ildə "Emireyts" arenasına köçənədək təxminən bir əsr həmin stadionda çıxış edib.

Lakin iki stadion arasında ad oxşarlığından başqa əlaqə yoxdur.

"Flitvud"un arenasının digər xüsusiyyəti dənizə yaxınlığıdır. Burada güclü küləklər əsir və onların istiqaməti hətta oyun ərzində dəyişə bilir.

"Arsenal"la tarixi qarşılaşmanı tribunadan 5002 azarkeş izləyib. Kiçik şəhər üçün bu, əsl futbol bayramına çevrilib.

Üç dəfə yenidən yaranan klubun yüksəlişi

Flitvud şəhərində futbolun tarixi 1908-ci ilə gedib çıxır. Lakin hazırkı klub yalnız 1997-ci ildə formalaşıb.

Əvvəlki dövrlərdə fəaliyyət göstərən komandalar maliyyə problemləri səbəbindən bir neçə dəfə fəaliyyətlərini dayandırıblar.

Müasir "Flitvud Taun"un tarixi isə sürətli yüksəlişlə yadda qalıb.

2012-ci ildə komanda İngiltərənin beşinci pilləsində yerləşən Milli Konfransın qalibi olub və tarixində ilk dəfə peşəkar Futbol Liqasına yüksəlib.

Cəmi iki il sonra "Flitvud" "Uembli"də keçirilən pley-off finalında "Berton Albion"u 1:0 hesabı ilə məğlub edərək üçüncü divizion olan Liqa 1-ə vəsiqə qazanıb.

Klubun çempionatlardakı ən yüksək nəticəsi 2016/17 mövsümünə təsadüf edir. Həmin vaxt komanda Liqa 1-də dördüncü yeri tutaraq Çempionşipə yüksəlmək uğrunda pley-offda iştirak edib.

Lakin yarımfinalda "Bredford"a məğlub olub.

2019/20 mövsümündə "Flitvud" yenidən pley-offa çıxsa da, bu dəfə "Uikom" səddini keçə bilməyib.

İngiltərə Kubokunda isə klubun ən yaxşı nəticəsi 2022/23 mövsümündə beşinci raunda yüksəlməsi olub. Həmin mərhələdə komanda "Bernli"yə 0:1 hesabı ilə uduzub.

Üçüncü divizionda on mövsüm keçirdikdən sonra "Flitvud" 2024-cü ildə Liqa 2-yə düşüb və hazırda da orada mübarizə aparır.

Ceymi Vardinin böyük futbola yolu buradan keçib

"Flitvud"un tarixində çıxış etmiş ən məşhur futbolçu Ceymi Vardidir.

Sonralar "Lester"lə İngiltərə çempionu olan və milli komandada çıxış edən hücumçu 2011/12 mövsümündə məhz "Flitvud"un formasını geyinib.

Həmin vaxt komanda hələ peşəkar Futbol Liqasına yüksəlməmişdi.

Vardi 36 çempionat oyununda 31 qol vuraraq turnirin bombardiri olub və komandasına Liqa 2-yə yüksəlməkdə kömək edib.

2012-ci ilin yayında "Lester" onu təxminən bir milyon funt sterlinq qarşılığında transfer edib. Bu, həmin dövrdə İngiltərənin peşəkar liqalarından kənarda çıxış edən futbolçu üçün rekord məbləğ idi.

Dörd il sonra Vardi "Lester"in inanılmaz Premyer Liqa çempionluğunun əsas simalarından birinə çevrilib.

Beləliklə, "Flitvud"un tarixi İngiltərə futbolunun başqa bir böyük sensasiyası ilə də bağlıdır.

Hazırda komandada kimlər oynayır?

"Flitvud"un indiki heyətində Premyer Liqa ulduzları olmasa da, təcrübəli və maraqlı karyeraya malik futbolçular var.

Onların ən tanınmışı 37 yaşlı kapitan Çed Evansdır.

Uels millisinin sabiq futbolçusu əvvəllər "Mançester Siti", "Şeffild Yunayted" və "Preston" klublarında çıxış edib.

Bu, hücumçunun "Flitvud"dakı üçüncü dövrüdür. O, Liqa Kubokunun ilk mərhələsində "Çesterfild"ə qalibiyyət qolunu vurub, ikinci raundda isə dubl edib.

Digər tanınmış oyunçu şotlandiyalı müdafiəçi Şon Runidir. O, 2021-ci ildə "Sent-Conston"un heyətində həm Şotlandiya Kubokunu, həm də Liqa Kubokunu qazanıb.

İrlandiyalı hücumçu Ronan Koulan da komandanın önəmli futbolçularındandır. O, "Arsenal"la penaltilər seriyasında fərqlənən oyunçular arasında olub.

London klubunun qapısına qol vuran Aaron Lupalo-Bi isə "Fulhem"in futbolçusudur və "Flitvud"da icarə əsasında çıxış edir.

Qapıçı Cey Linç və Şimali İrlandiyanın U-21 millisinin üzvü Konor Hoqi də tarixi qələbənin əsas qəhrəmanlarına çevriliblər.

Komandanı kim çalışdırır?

"Flitvud"un baş məşqçisi ingiltərəli Mett Lorlordur.

O, böyük futbol ulduzu kimi tanınmasa da, məşqçilik sahəsində uzun illər çalışıb.

Futbolçu karyerasını əsasən aşağı liqalarda keçirən mütəxəssis sonradan gənc oyunçuların hazırlanmasına yönəlib.

2019-cu ildə "Flitvud"un akademiyasında fəaliyyətə başlayıb, daha sonra klubun məşqçilik və futbolçu inkişafı istiqamətinə rəhbərlik edib.

Lorlu həmçinin İrlandiyanın "Uoterford" klubunda çalışıb.

2026-cı ilin yanvarında Pit Uayldın istefasından sonra o, müvəqqəti baş məşqçi təyin edilib. Martda isə vəzifəyə daimi olaraq gətirilib və 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

Maraqlıdır ki, "Flitvud"u müxtəlif illərdə daha məşhur mütəxəssislər — Coy Barton, Uve Rösler, Skott Braun, Qrem Aleksander və Çarli Adam çalışdırıblar.

Hazırda Lorlorun köməkçilərindən biri klubun əfsanəsi Neytan Ponddur. O, "Flitvud"un heyətində təxminən 500 oyun keçirib və İngiltərə futbolunun yeddi müxtəlif səviyyəsində komandanın formasını geyinib.

Klubun sahibi kimdir?

"Flitvud"un sahibləri ilə bağlı tarix də kifayət qədər maraqlıdır.

Klubun uzunmüddətli investoru iş adamı Endi Pilli olub. Komandanın aşağı liqalardan peşəkar futbola yüksəlməsi məhz onun maliyyə dəstəyi dövrünə təsadüf edib.

Lakin 2023-cü ildə Pilli enerji müqavilələri ilə bağlı dələduzluq işinə görə 13 il azadlıqdan məhrum edilib.

Bundan sonra kluba nəzarət onun oğlu Ceymi Pilliyə keçib.

2024-cü ilin mayında İngiltərə Futbol Liqası mülkiyyət dəyişikliyini rəsmən təsdiqləyib.

Ceymi Pillinin nəzarətində olan The Willows 96 Holdings şirkəti klubun səhmlərinin 98 faizinə sahib olub.

Maraqlıdır ki, kiçik klubun kifayət qədər inkişaf etmiş məşq infrastrukturu var.

2016-cı ildə onun Poolfoot Farm idman kompleksinin açılışında "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi ser Aleks Ferqyuson iştirak edib.

"Flitvud" beynəlxalq əlaqələr də qurmağa çalışıb. Klub müxtəlif illərdə Daşkəndin "Lokomotiv" komandası ilə əməkdaşlıq edib, İrlandiya, BƏƏ və Cənubi Afrikada futbol layihələrində iştirak edib.

"Arsenal"a qədər hansı komandaları məğlub edib?

"Flitvud" bu mövsüm Liqa Kubokunda mübarizəyə avqustun 8-də başlayıb.

Birinci raundda komanda "Çesterfild"i Çed Evansın qolu ilə 1:0 hesabında məğlub edib.

İkinci mərhələdə "Şrusberi" üzərində 4:0 hesablı qələbə qazanılıb. Evans iki dəfə fərqlənib, Uill Devis bir qol vurub, daha bir top isə rəqibin avtoqolu olub.

Üçüncü raundda Çempionşip təmsilçisi "Şeffild Yunayted" məğlub edilib - 1:0.

Həmin qarşılaşmanın taleyini Ris Norrinqton-Devisin avtoqolu həll edib.

Beləliklə, ilk üç kubok oyununda "Flitvud" qapısından qol buraxmayıb.

Oktyabrın 27-də isə komandanın tarixində ən böyük oyun baş tutub.

İngiltərə çempionu "Arsenal"la qarşılaşmada "Flitvud" ilk dəfə qol buraxsa da, penaltilər seriyasında qalib gələrək tarixi nəticəyə imza atıb.

Maraqlıdır ki, komanda Liqa Kubokunun bütün dörd mərhələsində öz stadionunda çıxış edib.

Çempionatda isə vəziyyət tamam başqadır

"Arsenal" üzərində qələbəni daha təəccüblü edən əsas məqam "Flitvud"un daxili çempionatdakı vəziyyətidir.

Komanda Liqa 2-də 13 oyundan sonra 24 iştirakçı arasında cəmi 18-ci pillədə qərarlaşıb.

"Flitvud"un hesabında 14 xal var: üç qələbə, beş heç-heçə və beş məğlubiyyət.

Top fərqi 15:17-dir.

Üstəlik, "Arsenal"la görüşdən əvvəl komanda çempionatda ardıcıl iki dəfə məğlub olub.

"Çeltnem Taun"a 2:4, "Ekseter Siti"yə isə 1:2 hesabı ilə uduzub.

Son səkkiz liqa matçında cəmi bir qələbə qazanan kollektivin İngiltərə çempionunu mübarizədən kənarlaşdırması futbolun ən gözlənilməz hadisələrindən birinə çevrilib.

"Flitvud"u indi nə gözləyir?

"Arsenal" üzərində qələbə sayəsində "Flitvud" tarixində ilk dəfə İngiltərə Liqa Kubokunun dörddəbir finalına yüksəlib.

Komandanın növbəti rəqibi oktyabrın 28-də keçiriləcək püşkatmadan sonra müəyyənləşəcək.

Dörddəbir final görüşləri dekabr ayında təşkil olunacaq.

Lakin daxili çempionatda komandanı tamamilə fərqli mübarizə gözləyir.

Artıq oktyabrın 31-də "Flitvud" Liqa 2 çərçivəsində "Bristol Rovers"i qəbul edəcək.

İngiltərə futbolunun özəlliyi də məhz budur: adi həftəsonunda dördüncü divizionun aşağı pillələrində qalmaq uğrunda mübarizə aparan klub bir neçə gün sonra ölkə çempionunu məğlub edə bilir.

Kiçik balıqçı şəhəri Flitvud isə artıq futbol tarixinin ən yaddaqalan sensasiyalarından birinin müəllifinə çevrilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

Polşa mətbuatı "Sabah"ın polşalı müdafiəçisi T. Puxaçın karera yüksəlişindən "Azərbaycan - vədlər diyarı" kimi yazdı

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Oxşar xəbərlər