Braziliyanın "Flamenqo" klubu baş məşqçi Filipe Luisin istefasından sonra yeni təyinatı rəsmən açıqlayıb.
"Report" xəbər verir ki, Braziliya təmsilçisinin "sükanı arxasına" 51 yaşlı portuqaliyalı mütəxəssis Leonardu Jardim gətirilib.
Tərəflər arasında 2027-ci ilin sonunadək müqavilə imzalanıb.
L.Jardim daha çox "Monako" (2014-2019) və "Sportinq" (2013-2014) klublarındakı fəaliyyəti ilə tanınır. Onun son iş yeri 2025-ci ildə çalışdırdığı "Kruzeyro" klubu olub.