İtaliya A Seriyasının doqquzuncu turunda "Fiorentina" doğma meydanda "Atalanta" ilə 2:2 hesablı heç-heçə edib.
İdman.Biz xəbər verir ki, Florensiyadakı "Artemio Franki" stadionunda keçirilən qarşılaşmada hesabı 41-ci dəqiqədə qonaqlar açıblar. Şarl de Ketelare Nikola Zalevskinin ötürməsini qolla tamamlayıb.
İkinci hissəyə fəal başlayan "Fiorentina" 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Ximenesin ötürməsindən sonra Njiye baş zərbəsi ilə fərqlənib.
61-ci dəqiqədə Joao Marionun uzaq məsafədən zərbəsi rəqib futbolçu Obriçə toxunaraq istiqamətini dəyişib və meydan sahiblərini hesabda önə keçirib.
Lakin "Atalanta" məğlubiyyətdən xilas olmağı bacarıb. 74-cü dəqiqədə Zalevski de Ketelarenin ötürməsindən sonra cərimə meydançasında rəqiblərini keçərək dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Matçın 89-cu dəqiqəsində de Ketelare ikinci qolunu vurmağa yaxın olsa da, qapıçı David de Xea komandasını xilas edib.
Doqquz turdan sonra "Fiorentina" beş xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. "Atalanta" isə 11 xalla 12-ci yerdədir.
Növbəti turda "Fiorentina" noyabrın 2-də səfərdə "Sassuolo" ilə qarşılaşacaq. "Atalanta" həmin gün öz meydanında "Parma"nı qəbul edəcək.
23:59
İtaliya A Seriyasında doqquzuncu turun oyununda "Frozinone" doğma meydanda "Leççe"ni 5:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Matteo Çiçella 25-ci, Cakomo Kalo penaltidən 45-ci, Antonio Raymondo isə 59-cu dəqiqədə fərqlənib.
Daniel Bırligea 72-ci və 90+4-cü dəqiqələrdə vurduğu qollarla dubl edib, qonaqların yeganə qoluna isə 82-ci dəqiqədə Joel Monteyro imza atıb.
Bu qələbə sayəsində "Frozinone" turnir cədvəlində altıncı pilləyə yüksəlib və beşinci yerdəki "Milan"dan cəmi bir xal geri qalır.
B Seriyasından yüksələn komanda A Seriyasında mövsümə ən yaxşı start verən yeni iştirakçı rekordunu təkrarlayıb.
Belə nəticə sonuncu dəfə 2007-ci ildə aşağı liqadan qayıdan "Yuventus" tərəfindən qeydə alınıb.