İtaliyanın "Fiorentina" klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
İdman.Biz xəbər verir ki, Florensiya təmsilçisi 60 yaşlı mütəxəssisin vəzifədən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.
Komandanı müvəqqəti olaraq Daniele Qalloppa çalışdıracaq.
Qeyd edək ki, Pioli "Fiorentina"ya 2025-ci ilin iyulundan rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda A Seriyasında keçirdiyi 10 oyunda qələbə qazana bilməyib – 4 heç-heçə və 6 məğlubiyyət.
Hazırda "Fiorentina" 4 xalla turnir cədvəlində sonuncu - 20-ci pilləsində qərarlaşıb.