top
FİFA UEFA və KONKAKAF-ın etirazlarına cavab verib Sport24.az
31 iyul 2026, 13:00
- ↺ +

FİFA UEFA və KONKAKAF-ın etirazlarına cavab verib

FİFA UEFA və KONKAKAF-ın sərt tənqidlərinə cavab verib. Sport24.az xəbər verir ki, qurum yaydığı rəsmi bəyanatda FIFA Forward Enterprise (FFE) layihəsinin futbolu satmaq və ya idarəçiliyi özəl investorlara təhvil vermək məqsədi daşımadığını bildirib.

 

FİFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi təşkilat bəyan edib ki, mediada yayılan yanlış məlumatlar məsləhətləşmə prosesinə mənfi təsir göstərib. Qurum vurğulayıb ki, bütün 211 üzv assosiasiyaya layihəni nəzərdən keçirmək və onunla bağlı qərar vermək imkanı yaradılacaq.

 

FİFA həmçinin qeyd edib ki, FFE layihəsinin əsas məqsədi turnirlərin kommersiya idarəçiliyini təkmilləşdirərək gəlirləri artırmaq və əldə olunan vəsaiti 211 milli federasiya arasında bölüşdürməkdir. Təşkilat iddia edib ki, layihə yalnız üzv federasiyaların əksəriyyətinin dəstəyi ilə həyata keçiriləcək.

 

Bəyanatda 2027-2030-cu illəri əhatə edən FIFA Forward proqramı çərçivəsində hər federasiyaya 20 milyon ABŞ dolları ayrılacağı, əlavə 20 milyon dollarlıq Fast Forward proqramının könüllü xarakter daşıdığı və kənar investisiyalar hesabına maliyyələşdiriləcəyi açıqlanıb.
FİFA vurğulayıb ki, bütün idman qərarları, qaydalar və proqramlar üzərində tam nəzarət yenə də qurumun əlində qalacaq.

 

Qeyd edək ki, FİFA-nın kommersiya hüquqlarının 20-30 faizinin özəl investisiya fondlarına satılması ilə bağlı ilkin təşəbbüsü UEFA və KONKAKAF tərəfindən kəskin etirazla qarşılanıb. UEFA-ya üzv 55 federasiya layihənin həyata keçiriləcəyi təqdirdə milli komandalarını FİFA turnirlərindən çəkməklə hədələyib. KONKAKAF da ayrıca bəyanat yayaraq təşəbbüsü rədd etdiyini açıqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:10

Rusiya idmançılarına yeni qadağa: Avropa İttifaqına buraxılmayacaqlar

Qarabağ FK
Bu gün, 20:00

"Gedənlərin hər birinin yeri görünür" - "Qarabağ"lı MÜSAHİB

Futbol
Bu gün, 19:58

“İnter”də itki

Futbol
Bu gün, 19:57

“Qalatasaray” və “Fənərbağça”nın sabiq futbolçusu 29 yaşında karyerasına fasilə verdi

Minifutbol
Bu gün, 19:42

Futzal üzrə 2026/2027 mövsümü başladı — 10 qarşılaşmada 133 qol vurulub;

Futbol
Bu gün, 19:42

“Ərseпal”ıп qapıçısı David Raya mələsi gözləniləndən yüngüldür, əməliyyat tələb etmir

Futbol
Bu gün, 19:28

Sabah

Futbol
Bu gün, 19:20

Puxaç Yamalın Sabah-Barcelona mətnində iştirak etməyəcəyi xəbərinə videoda şərh verdi;

Futbol
Bu gün, 19:14

Qalatasaray‑Aston Villa oyununda qələbə vacib fürsətdir

Futbol
Bu gün, 19:11

Espanyol çempionatın təqviminə qarşı narazıdır

Futbol
Bu gün, 19:07

“Barselona” oyunçuları hakimə təzyiq göstərir

Futbol
Bu gün, 19:07

PSJ “Atletiko”nın hücumçusu Xulian Alvaresi transfer planı

Cüdo
Bu gün, 19:02

Azərbaycanlı cüdoçu qızlar tarixi Qran-pridə mübarizə aparacaqlar

Futbol
Bu gün, 19:00

Azərbaycan çempionatında kütləvi dava - Heç yerdə olmayan ŞOK VİDEO!

Futbol
Bu gün, 18:59

4:0-a şərh: “Daha çox qol vura bilərdik”

Futbol
Bu gün, 18:52

“Qalatasaray”ın müdafiəçisi rusiyalı futbolçu haqqında danışdı: “Ona sadəcə vaxt lazım idi”

Futbol
Bu gün, 18:52

Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”

Futbol
Bu gün, 18:32

Mourinyo Vinisiusdan danışdı: “O, yenidən ən yüksək səviyyəsinə qayıdacaq”

Futbol
Bu gün, 18:29

Qalatasaray, Viktor Osimhen olmadan Aston Villa ilə oynayacaq

Tennis
Bu gün, 18:25

Ölkə kubokunda 100-dən çox tennisçi mübarizə aparır

Futbol
Bu gün, 18:22

“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz

Futbol
Bu gün, 18:22

Emre Mor Sağlamlıq Problemləri Nəqlində Futbola Ara Vermək İstəyir

Futbol
Bu gün, 18:20

“Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”

Futbol
Bu gün, 18:17

“Sabah” “Barselona” və “Vilyareal” qarşısına Makkartisiz çıxacaq

Oxşar xəbərlər