top
FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir Idman.biz
Bu gün, 10:43
- ↺ +

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

"Çox yaxşı futbolçularımız var".

Bunu Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun FIFA U-15 dünya çempionatı və festivalı ilə bağlı sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Turnirlə bağlı fikirləriniz necədir?

– Möhtəşəm dünya çempionatıdır. Adı üstündə, həm də festivaldır. Bu gün burada, Hövsan qəsəbəsində fantastik ab-hava hökm sürür. Bunu FIFA prezidenti Canni İnfantinodan tutmuş Arsen Vengerə qədər hər kəs, bütün qonaqlar, yeniyetmə futbolçular da qeyd edirlər. Möhtəşəm bayramdır və bu bayram Azərbaycanda keçirilir. 200-dək ölkənin nümayəndələri buradadır. Bu, böyük futbol bayramıdır. Belə bir tədbirin Azərbaycanda, Hövsanda keçirilməsi yalnız müsbət məqamdır. Bütün dünya yarış başlayandan bu günə qədər Azərbaycandan danışır.

– Millidə perspektiv görürsünüzmü?

– Çox yaxşı futbolçularımız var. Daha yaxşı nəticələr gözləyirdim. Amma bu, onların ilk sınağıdır. Oynadılar, qələbələr də qazandılar, məğlubiyyətlər də oldu. Əsas məsələ bu uşaqları qorumaq, istedadlarını inkişaf etdirmək və onları milli komandaya qədər daha yüksək səviyyəyə çatdırmaqdır.

– Futbolçuların potensialını nəzərə alsaq, əldə olunan nəticələr sizi qane edirmi?

– Mən daha yaxşı nəticələr gözləyirdim. Amma bir daha qeyd edirəm ki, burada nəticədən daha çox uşaqların gələcəyi önəmlidir. Dünya çempionatından sonra təhlillər aparılmalı, hansı istiqamətlərdə işləməli olduğumuz müəyyənləşdirilməlidir. Ümumiyyətlə, ölkədə uşaq-gənclər futbolunda dönüş yaratmaq lazımdır. Burada çıxış edən uşaqların böyük əksəriyyəti "Sabahın ulduzları" layihəsindəki klubların futbolçuları idi. Bölgələrimiz də daxil olmaqla, ölkə miqyasında bütün yaş qrupları üzrə uşaq-gənclər futbolunda dönüş yaratmaq lazımdır. Yalnız bu halda ölkə futbolunu istədiyimiz səviyyəyə çatdıra bilərik.

– Bakı Futbol Federasiyasının "Sabahın ulduzları" layihəsindəki bir çox futbolçunun millidə yer almamasının səbəbini nədə görürsünüz?

– Futbolçularımızın çox yaxşı potensialları var. Təkcə bu uşaqlardan söhbət getmir. Formatın tələblərinə uyğun olaraq, burada 14 futbolçu çıxış edirdi. Ancaq bu yaş qrupunda və ondan sonrakı nəsillərdə dünya səviyyəsində çıxış etmək potensialına malik 50-100-dək futbolçu var.

– U-14 Liqasında Ceyms Eziaşi bombardir olsa da, milliyə cəlb olunmayıb. Sizcə, gələcəkdə dəvət ala bilərmi?

– Eziaşi bu yaş qrupu üçün hələ bir qədər kiçikdir. Amma Azərbaycan vətəndaşıdır və çox potensiallı uşaqlardan biridir. O, U-14 komandasında çıxış edirdi. Təkcə Ceyms deyil, ümumiyyətlə, çox yaxşı yeniyetmə futbolçularımız var və yaxın gələcəkdə onların arasından perspektivli gənc oyunçular yetişə bilər. Əsas məsələ onların üzərində işləmək, inkişaflarına dəstək olmaq və istedadlarını qorumaqdır.

– "Sabahın Ulduzları" layihəsinin növbəti illərdə də davam etdirilməsi gözlənilirmi?

– Təbii ki. Çoxsaylı layihələrimiz var və "Sabahın Ulduzları" layihəsi növbəti ildə də davam etdiriləcək. Üstəlik, daha yüksək səviyyədə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin müəllifi və rəhbəri kimi istərdim ki, "Sabahın Ulduzları" uşaq-gənclər futbolunda bütün Azərbaycana şamil olunsun. Bunun üçün strateji qərar lazımdır. İnanıram ki, yaxın vaxtlarda bu istiqamətdə addımlar atılacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Futbol
Bu gün, 10:21

Robert Levandovski 8-ci oyunda qolsuz qalır

Futbol
Bu gün, 10:20

Yaponiya Futbol Assosiasiyasının vitse‑prezidenti FIFA dünya çempionatı kommersiya hüquqları mübahisəsi səbəbindən istefa verdi

Basketbol
Bu gün, 10:02

Gəncə basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliya “Sportinq” ilə qarşılaşacaq

Futbol
Bu gün, 10:00

FIFA 'Kəpəz'dən 152,000 avro ödəniş tələb edir

Voleybol
Bu gün, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Futbol
Bu gün, 09:40

Bayern rəhbəri yeni müqavilə üçün Keynlə gərgin danışıqlar aparıldığını açıqladı

Futbol
Bu gün, 09:38

Arsenal Flitvudla oyunda məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 09:38

Barselona’nın 20 yaşlı yarımmüdafiəçisi Alaves qarşısında debut edə bilər

Futbol
Bu gün, 09:20

İsmayıl Jakobs milli karyerasını bağladı

Futbol
Bu gün, 09:08

“Çelsi” Estevao Villianın PSJ-yə icarəsi üçün üç şərt təqdim edib

Güləş
Bu gün, 09:04

Azərbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsi iki oyunla yekunlaşdırılacaq

Oxşar xəbərlər