top
FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır Idman.biz
31 oktyabr 2026, 15:18
- ↺ +

FIFA U-15 Dünya Çempionatı: Bakıda 114 min porsiya yemək və 27 ton çamaşır

Bakıda oktyabrın 30-da başa çatan FIFA U-15 dünya çempionatı və festivalı təkcə futbol oyunları ilə deyil, maraqlı rəqəmlərlə də yadda qalıb. Yarış zamanı iştirakçılara 114 mindən çox porsiya isti yemək verilib, təxminən 27 ton çamaşır yuyulub və 3 mindən çox avtobus reysi təşkil edilib.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) Azərbaycan paytaxtında keçirilən və 189 komandanı, dünyanın müxtəlif ölkələrindən təxminən 3 min gənc futbolçunu bir araya gətirən bu formatda ilk turnirlə bağlı yekun hesabat yayımlayıb.

Ən diqqətçəkən göstəricilərdən biri qidalanma ilə bağlıdır. Təşkilatçılar ümumilikdə 114 560 porsiya isti yemək təqdim ediblər. Bunlardan 38 180-i səhər yeməyi, 38 240-ı nahar, 38 140-ı isə şam yeməyi olub. Bundan əlavə, iştirakçılara gəliş və gediş zamanı istifadə etmək üçün 2135 yol yemək dəsti verilib.

Paltaryuma xidmətinin göstəriciləri də diqqət çəkir. Oktyabrın 20-dən 28-dək ümumilikdə 26 754 kiloqram, yəni təxminən 27 ton çamaşır yuyulub. Bu müddətdə iştirakçıların geyim və digər əşyalarının olduğu 3134 kisə emal edilib.

Komandaların və onları müşayiət edən şəxslərin yerləşdirilməsi üçün Atletlər kəndi yaradılıb. Burada 3780 nəfər qalıb. Onlar üçün 1533 otağı və 3835 yataq yeri olan 445 mənzil ayrılıb. İştirakçılara 11 500 dəst yataq dəsti və eyni sayda dəsmal dəsti, həmçinin 4000 yorğan və 4000 yastıq təqdim olunub.

Nəqliyyat məsələlərinin həlli üçün 195 nəqliyyat vasitəsindən istifadə edilib. Ən sıx vaxtlarda 105-ə qədər avtobus və mikroavtobus fəaliyyət göstərib. Turnir ərzində təxminən 3020 avtobus reysi həyata keçirilib. Onlardan 1950-si komandaların oyunların keçirildiyi məkanlara daşınması üçün təşkil olunub. Bundan başqa, 5103 baqaj vahidinin daşınması təmin edilib.

Ən qısa məsafəni Gürcüstan nümayəndə heyəti qət edib. Tbilisidən Bakıya uçuş cəmi 1 saat 10 dəqiqə çəkib. Tonqodan gələn iştirakçılara isə Azərbaycana çatmaq üçün təxminən 24 saat lazım olub. Boliviya millisini isə evə qayıdarkən daha çətin marşrut gözləyib: futbolçular dörd dəfə təyyarə dəyişməli olublar.

Yarışın təşkili üçün 900 futbol topu, 3328 məşq jileti, 400 kapitan sarğısı və 2800 su qabından istifadə edilib. Turnirin təşkilinə 397 könüllü cəlb olunub.

İnzibati işlərin həcmi də böyük olub. Komandalara xidmət göstərən könüllülər qrupunun ümumi elektron poçtuna 11 527 mesaj daxil olub. Bundan əlavə, 2338 viza məktubu hazırlanıb, 857 elektron viza rəsmiləşdirilib, iştirakçıların qohumları və dostları üçün isə 1200 buraxılış kartı verilib.

Futbol göstəricilərinə gəlincə, çempionat ərzində 932 oyun keçirilib və 4505 qol vurulub. Bu, hər qarşılaşmaya orta hesabla 4,83 qol deməkdir. Ən məhsuldar oyunda isə komandalar ümumilikdə 21 dəfə fərqləniblər.

İştirak edən 189 komandadan 187-si ən azı bir qələbə qazanıb. Həmçinin FIFA-nın istedadların inkişafı üzrə beynəlxalq proqramına daxil olan 52 akademiyanın 554 futbolçusu turnirdə iştirak edib.

Beləliklə, Bakıda keçirilən ilk FIFA U-15 dünya çempionatı və festivalı təkcə futbol yarışı deyil, həm də böyük təşkilati iş tələb edən beynəlxalq tədbir olub. Açıqlanan rəqəmlər isə meydanda görünməyən işin miqyasını göstərir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:01

Mehman Allahverdiyev “Kəpəz”in qonağı oldu

Qarabağ FK
Bu gün, 17:56

“Xankəndi”nin futbolçuları Qarabağ Universitetində olublar - FOTO

Futbol
Bu gün, 17:48

Vernidub: "Araz-Naxçıvan" sonuncu yerə layiq deyil, komandamız daha çox qol vura bilərdi

Qarabağ FK
Bu gün, 17:45

Cəmi 2500 azarkeşin yadda saldığı "Sumqayıt" – "Sabah": "Qarabağ"ın mövqeyi və 0:4-übənzər məğlubiyyət

Futbol
Bu gün, 17:34

Mahir Emreli 76 dəqiqə oynadı, “Rakov” qələbə qazandı

Qarabağ FK
Bu gün, 17:31

Kəpəz"-"Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir

Qarabağ FK
Bu gün, 17:30

"Kəpəz" - "Qarabağ" - CANLI YAYIM

Futbol
Bu gün, 17:26

Yuventus 18 dəqiqədə dörd qol vurdu - VİDEO

Futbol
Bu gün, 17:20

Mahir Emreli "Rakov"un Polşa çempionatında "Vidzev"i 3:1 məğlub etdiği qarşılaşmada oynadı

Futbol
Bu gün, 17:20

"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

Futbol
Bu gün, 17:17

“Məyus edən hal o oldu ki…” – Vernidub

Futbol
Bu gün, 17:09

Renat Dadaşovun liderliyində Bukovina 3:1-ə Veresə qarşı qalib gəldi

Qarabağ FK
Bu gün, 17:07

“Qarabağ Lökbatan” və “Kür-Araz”dan səfər qələbəsi

Futbol
Bu gün, 16:56

Vernidub: Qolları buraxmamalıyıq

Futbol
Bu gün, 16:49

Azərbaycan 2-ci liqası 12-ci turunun hakim təyinatları elan edildi

Futbol
Bu gün, 16:37

Nəriman Axundzadənin ehtiyatda qaldığı oyunda “Erzurumspor” məğlub oldu

Qarabağ FK
Bu gün, 16:30

Gəncədə anşlaq, “Qarabağ” üçün təhlükə - Vəziyyət daha da pisləşə bilər

Futbol
Bu gün, 16:24

Neftçi Araz‑Naxçıvanı məğlub edərək turnir cədvəlində lider oldu

Futbol
Bu gün, 16:22

PSJ-yə ağır zərbə: Dezire Due mövsümü erkən başa vurdu

Futbol
Bu gün, 16:05

Son çempion Sumqayıtda niyə laqeyd münasibət gördü? - VİDEO

Qarabağ FK
Bu gün, 15:50

“Kəpəz” – “Qarabağ”: START HEYƏTLƏR

Futbol
Bu gün, 15:48

Ronaldonun dünyada ən böyük heykəli ucaldıldı - Video

Futbol
Bu gün, 15:48

Çalhanoğlu uğrunda üç nəhəng klubun mübarizəsi, “İnter”də maaş problemi

Futbol
Bu gün, 15:40

"Araz-Naxçıvan" - "Neftçi" - CANLI YAYIM

Oxşar xəbərlər