top
FIFA referisi: Norveçli hakimin Qarabağ - Nyukasl matçındakı idarəçiliyi tənqid edildi Idman.biz
19 fevral 2026, 14:28
- +

FIFA referisi: Norveçli hakimin "Qarabağ" - "Nyukasl" matçındakı idarəçiliyi tənqid edildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda baş tutan "Qarabağ" - "Nyukasl" (1:6) matçının baş hakimi Espen Eskos özünü ingilislərə göstərmək, "ingilissayağı" idarəçilik etmək istəyib.

Bunu FIFA referisi Fariz Yusifov deyib.

O, rəqib oyunçunun "Qarabağ"ın futbolçusuna qarşı etdiyi kobudluğun minimum sarı, hətta qırmızı vərəqə ilə nəticələnməli olduğunu bildirib.

"Epizodların birində rəqib futbolçu "Qarabağ"ın oyunçusunun ayağını tapdaladı. Buna görə ən azı sarı vərəqə verilməli idi. Çünki futbolçunun ayağı qırıla bilərdi. Ayağın altı ilə, qorunmayan nahiyəyə – topuğun arxa tərəfinə zərbə endirilmişdi. Ümuiyyətlə, belə kobudluqlara, ayaq tapdalamalarına reaksiya vermirdi. Sanki rəqib ingilis klubu olduğuna görə özünü, "ingilissayağı" hakimlik etdiyini göstərmək istəyirdi", - deyə o, report.az-a açıqlamasında söyləyib.

Penalti epizoduna toxunan F.Yusifov norveçli hakimin oyunun ruhunu hiss etmədiyini vurğulayıb:

"32-ci dəqiqədə təyin olunan penalti epizodu zamanı topun qapı istiqamətinə getməsini əsas götürdülər. Ancaq top qapı istiuqamətinə getsə belə, yerə yıxılan Mateus Silvanın arxasında "Qarabağ"ın daha iki oyunçusu var idi. Üstəlik, o, yıxılarkən əlini dayaq kimi yerə qoydu və topu görmürdü. Oyunçu yerə yıxılan anda üzü öz qapısına tərəf idi, yəni zərbəni görmürdü. 2:0 öndə olan komandanın lehinə belə penalti vermək oyunun ruhunu oxuya bilməməkdir. Bu, "ucuz penalti"dir. Onsuz da oyunun əvvəlindən hiss olunurdu ki, "Qarabağ" uduzacaq. VAR çağırsa da, hakim öz qətiyyətini göstərib oyunu davam etdirə bilərdi".

Referi Elvin Cəfərquliyevin vurduğu qolun VAR yoxlamasından sonra qeydə alınmasını ədalətli qərar hesab edib:

"Köməkçi hakim səhv edib ofsayd bayrağını qaldıra bilər. Amma VAR baxdı və ədalət yerini tutdu. Qol təmiz idi".

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında cavab matçı fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:20

Vikario “Tottenhem”dən ayrılacaq

Futbol
Bu gün, 04:14

Benzemanın “Əl-Hilal” ilə problemləri

Futbol
Bu gün, 03:09

"Arsenal" Edeqoru 87 milyon avroya satmaq istəyir

Şahmat
Bu gün, 02:18

FIDE prezidenti Arkadi Dvorkoviç istefa verib

Futbol
Bu gün, 01:52

Liverpul Vinisiusu azad agent kimi transfer etməyi düşünür

Futbol
Bu gün, 01:36

De la Fuente Argentina oyunçularının davranışlarına reaksiya verdi: “Qəbuledilməzdir”

Futbol
Bu gün, 01:15

Murad Məmmədovun komandası Avropa Liqasında məğlub olub

Voleybol
Bu gün, 01:01

Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Güləş
Bu gün, 00:49

Asəf Çopurov UAE Warriors çempionluq kəmərini uğurla müdafiə edib

Futbol
Bu gün, 00:38

Karvan-Yevlax" İbrahim Qədirzadə ilə müqaviləsini başa vurub

Futbol
Bu gün, 00:17

Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib

Futbol
Dünən, 23:59

Mahir Emrelinin qolu komandasının Konfrans Liqasındakı qələbəsini təmin edib

Minifutbol
Dünən, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Dünən, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Dünən, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Dünən, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Dünən, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Dünən, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Dünən, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Dünən, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Dünən, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Dünən, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Dünən, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Dünən, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Oxşar xəbərlər