top
FIFA referisi: Atletik - Qarabağ matçında ciddi hakim səhvləri olmayıb Idman.biz
Bu gün, 15:27
- +

FIFA referisi: "Atletik" - "Qarabağ" matçında ciddi hakim səhvləri olmayıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutan "Atletik" - "Qarabağ" matçında ciddi hakim səhvləri olmayıb.

Bunu "Report"a FIFA referisi Fariz Yusifov deyib.

O, matçın xorvatiyalı baş hakimi İqor Payaçın düzgün qərarlar qəbul etdiyini bildirib:

"Qarabağ" üçün çətin oyun oldu. Baxmayaraq ki, erkən qol vurduq. "Atletik"in oyun üslubu bizimkindən xeyli fərqlənir. Çox dinamik və sürətli idilər. Bildiyim qədər oyunu idarə edən hakimin UEFA Çempionlar Liqasında böyük təcrübəsi yoxdur. Penalti epizodunda hakimin qərarı düz idi. Çünki təhlil etdikdən sonra qərar vermişdi. Düzdür, ilk baxışda müdafiəçinin topa deyil, məhz "Qarabağ"ın oyunçusuna toxunduğu görünə bilər. Lakin videotəkrara baxanda müdafiəçinin "sürüşmə fəndi"ndən sonra öncə topa toxunduğu görünür. VAR-da da epizodu təhlil edib müdafiəçinin əvvəlcə topa, daha sonra "Qarabağ"ın oyunçusuna toxunduğunu bildirdilər. Hətta fikir verdinizsə, bizim futbolçu da etiraz etmədi. Çünki rəqibin ilk növbədə topa toxunduğunu gördü".

F.Yusifov bütün qərarların vaxtında və yerində verildiyini söyləyib:

"Oyunda ciddi hakim səhvləri görmədim. Sarı vərəqələr vaxtında və yerində verildi. Maraqlıdı ki, hakim penalti epizodunda qəti şəkildə küncdən zərbə qeydə aldı. Qəti qərar vermək hakimin ən böyük xüsusiyyətlərindən biridir. Həmçinin müdafiəçi də "sürüşmə fəndi"ni düzgün şəkildə yerinə yetirərək, topa bir ayaqla müdaxilə etmişdi. Futbolda əsas amillərdən biri "sürüşmə fəndi"nin düzgün yerinə yetirilməsidir. Düşünürəm ki, hakim düzgün qərar çıxardı".

Qeyd edək ki, Bilbaodakı "San Mames" stadionunda baş tutan "Atletik" - "Qarabağ" matçı İspaniya klubunun 3:1 hesablı qələbəsi ilə nəticələnib. Qarşılşamanı xorvatiyalı FIFA referisi İqor Payaç idarə edib.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 20:07

Qanunsuz mərc oyunları ilə bağlı “Portlend”in baş məşqçisi də daxil olmaqla 30-dan çox şəxs həb edilib

Minifutbol
Bu gün, 19:54

Futzal üzrə Yüksək Liqanın VI turunun nəticələri: "Neftçi" liderliyi davam etdirir

Futbol
Bu gün, 19:39

"Utrext" "Lion" matçının nəticəsinə etiraz edir

Futbol
Bu gün, 19:37

Lionel Messi "İnter Mayami" ilə müqaviləsini uzadıb

Olimpiada
Bu gün, 19:25

Dünya Rekordçusu Rut Çepngetiç Dopinqə Görə 3 İllik Diskvalifikasiya Edilib

Futbol
Bu gün, 19:10

Fermin Lopes Çempionlar Liqasında Həftənin Oyunçusu Seçildi: "Barselona"da Het-Trikə İmza Atan İlk İspan

Voleybol
Bu gün, 18:55

Qadın Voleybolçular arasında Yüksək Liqa: "Turan" "Gənclər"i məğlub etdi

Futbol
Bu gün, 18:51

Tibo Kurtuanın 300-cü oyunu: 119 oyunda qol buraxmayıb

Futbol
Bu gün, 18:41

Qadınlardan ibarət U-17 milli komandasına danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Voleybol
Bu gün, 18:37

Azərbaycan qadın həndbolçuları VI İslam Həmrəyliyi Oyunlarına hazırlaşır

Futbol
Bu gün, 18:29

"İtaliya çempionatında futbolun keyfiyyəti çox aşağıdır"

Boks
Bu gün, 18:27

Tom Aspinall Siril Qanı məhv etməyə hazır olduğunu bildirib

Futbol
Bu gün, 18:19

Azərbaycan U-17 qadın milli komandası üçün danışılmış oyunlara qarşı maarifləndirmə sessiyası keçirilib

Futbol
Bu gün, 18:12

"İmişli" legionerindən "Qəbələ" oyunu və "Kəpəz"lə revanş gözləntisi

Voleybol
Bu gün, 18:02

Azərbaycan Yüksək Liqası: "Turan" "Gənclər"i məğlub etdi

Cüdo
Bu gün, 18:00

U-14 cüdoçular arasında Şimal-Qərb Region Birinciliyinin qalibləri müəyyənləşib - FOTO

Futbol
Bu gün, 18:00

Lennart Karl UEFA Çempionlar Liqasında "Bavariya"nın ən gənc qol vuran futbolçusu olub

Futbol
Bu gün, 17:53

"Liv Bona Dea Arena"da ot örtüyünün yaxşılaşdırılması üçün görüləcək işlər açıqlanıb

Digər
Bu gün, 17:48

Hannah Kaldas gender testindən imtina etdiyinə görə 5 illik diskvalifikasiya alıb

Futbol
Bu gün, 17:42

"Qarabağ" U-19-dan UEFA Gənclər Liqasında daha çoxunu gözləmək düzgün deyil

Futbol
Bu gün, 17:40

"Qarabağ"ın rəqibi "Liverpul"da ciddi itki: Frimponq zədələndi

Cüdo
Bu gün, 17:36

Şimal-Qərb bölgəsi üzrə 14 yaşadək cüdoçular arasında region birinciliyinin qalibləri müəyyənləşib

Güləş
Bu gün, 17:33

Oyan Nəzəriani: "Mən Azərbaycana Araz çayının o biri tərəfindən gəlmişəm"

Futbol
Bu gün, 17:25

"Real"ın "Barselona" ilə oyunu ərəfəsində 4 futbolçusunun zədəsi sağalıb

Oxşar xəbərlər