top
FIFA azərbaycanlı futbolçu Coşqun Diniyevə görə Türk klubuna cəza verdi Sport24.az
24 iyun 2026, 10:00
- ↺ +

FIFA azərbaycanlı futbolçu Coşqun Diniyevə görə Türk klubuna cəza verdi

Türkiyənin "Bandırmaspor" klubuna ötən ay tətbiq olunan transfer qadağasının səbəbi məlum olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

FIFA-nın bu il fevralın 3-də verdiyi qərara əsasən, Türkiyə təmsilçisi azərbaycanlı futbolçu Coşqun Diniyevə 25 min avro borclu çıxıb.

Mübahisə tərəflər arasında 10 fevral 2025-ci ildə imzalanmış qarşılıqlı xitam sazişindən qaynaqlanıb. Həmin sənədə əsasən, "Bandırmaspor" futbolçuya 25 min avro kompensasiya ödəməyi öhdəsinə götürsə də, müəyyən edilmiş müddətdə bunu etməyib.

Coşqun Diniyev əvvəlcə kluba rəsmi xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb edib. Nəticə əldə olunmadığından məsələ FIFA-ya daşınıb.

Türkiyə klubu müdafiəsində ödənişin həyata keçirildiyini bildirsə də, bunu təsdiqləyən heç bir sənəd təqdim edə bilməyib. FIFA da futbolçunun mövqeyini haqlı sayaraq "Bandırmaspor"un Diniyevə 25 min avro və həmin məbləğə hesablanan faiz ödəməsi barədə qərar çıxarıb.

Bundan əlavə, qurum klubu təkrar maliyyə pozuntusuna görə 5 min ABŞ dolları məbləğində cərimələyib. FIFA qərarında açıq şəkildə qeyd olunub ki, borc 45 gün ərzində ödənilmədiyi halda klub yeni futbolçu qeydiyyatından məhrum ediləcək.

Maraqlıdır ki, qərardan təxminən üç ay sonra – may ayında "Bandırmaspor"a transfer qadağası tətbiq olunub. Bu isə klubun FIFA-nın qərarını vaxtında icra etmədiyi ehtimalını gücləndirir.

Beləliklə, "Bandırmaspor"un aldığı transfer qadağasının arxasında azərbaycanlı futbolçu Coşqun Diniyevlə bağlı maliyyə mübahisəsinin dayandığı ortaya çıxıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Oxşar xəbərlər