"Real"ın futbolçusu Brahim Dias karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" mərakeşli yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul klubu yaxın zamanda oyunçunun meneceri ilə danışıqlara başlayacaq.
Dias başa çatan mövsümdə "Real"la La Liqada 30 oyunda 1 qol vurub, 8 məhsuldar ötürmə edib.