top
Fənərbağça N'Qolo Kante transferi ilə bağlı açıqlama yayıb: Uğursuz cəhd Idman.biz
04 fevral 2026, 02:43
- ↺ +

"Fənərbağça" N'Qolo Kante transferi ilə bağlı açıqlama yayıb: Uğursuz cəhd

"Fənərbağça" fransız futbolcu N'Qolo Kante ilə 2,5 illik müqavilə bağlandığını bildirib.

İdman.Biz xəbər verir ki, klub bu barədə Türkiyə Futbol Federsiyasına məlumat verib.

Daha öncə fransalının "Əl-İttihad"la müqaviləsinin ləğv olunduğu barədə məlumat yayılıb.

Eyni zamanda Yusif Ən-Nesiri "Fənərbağça" ilə müqaviləsini ləğv edib. Jurnalist Santi Aunanın verdiyi məlumata görə, hücumçu "Əl-İttihad"la müqavilə imzalayacaq.

01:45

"Fənərbağça", N'Qolo Kanté və Yusif En-Nesirinin transferlərinin uğursuzluğundan sonra sosial mediada açıqlama yayıb.

Türkiyə klubu daha əvvəl "Əl-İttihad" ilə razılığa gəlmişdi və Kantenin En-Nesirinin müqabilində "Fənərbağça"ya qoşulacağı gözlənilirdi. Lakin sənədləşmə problemləri səbəbindən müqavilə tamamlanmayıb. FİFA hər iki tərəfin apelyasiyalarını rədd edib.

"N'Qolo Kanté, Yusif En-Nesiri və "Əl-İttihad" ilə bağlı transfer prosesi klubumuz tərəfindən bütün qaydalara və plana uyğun olaraq diqqətlə həyata keçirildi.

Məşqçilər heyətimizin tələblərinə uyğun olaraq oyunçularla razılaşmalar əldə edildi, tibbi müayinələr başa çatdırıldı və lazımi icazələr alındı. Klubumuz bütün öhdəliklərini müəyyən edilmiş müddətlər daxilində yerinə yetirdi. Transfer qeydiyyatı sənədləri sistemə ayrılmış müddət ərzində düzgün və tam şəkildə yükləndi.

Lakin, digər klub tərəfindən TMS-ə daxil edilən səhv məlumatlar səbəbindən, klubumuzdan asılı olmayaraq, proses qeydiyyat pəncərəsində başa çatdırıla bilmədi. Buna görə də təxirə salma tələb etdik, FIFA ilə lazımi danışıqlar apardıq və vəziyyəti həll etmək üçün bütün addımları atdıq.

Buna baxmayaraq, digər klub prosesi vaxtında başa çatdıra bilmədi və heç bir izahat vermədi. Bu hadisələr nəticəsində təəssüf ki, transfer baş tutmadı.

Bunun cəmiyyətimizdə yaratdığı məyusluğu başa düşürük və bölüşürük. Klubumuz idman məqsədlərinə uyğun olaraq eyni qətiyyət və intizamla komandasını yenidən qurmağa davam edir", - "Fənərbağça"nın açıqlamasında deyilir.

16:29

"Fənərbağça"nın Nqolo Kante ilə bağlı planları rəsmən baş tutmayıb. Klub bu barədə rəsmi açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, "Fənərbağça" ilə Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu arasında razılaşdırılmış oyunçu mübadiləsi son anda pozulub. Razılaşmaya əsasən, Nqolo Kante Türkiyə klubuna, Yusif ən-Nəsiri isə əks istiqamətdə keçməli idi.

Məlumata görə, tərəflər bütün şərtlərdə razılığa gəlib, sənədlər hazırlanıb, futbolçular klublarla vidalaşıb və tibbi müayinədən də keçiblər. Lakin "Əl-İttihad"ın transfer sisteminə məlumatları səhv daxil etməsi səbəbindən razılaşma vaxtında qeydiyyatdan keçməyib.

"Fənərbağça" rəsmi bəyanatında məsuliyyəti birbaşa "Əl-İttihad"ın üzərinə qoyub. Bildirilib ki, Türkiyə klubu FIFA-dan qeydiyyat müddətinin uzadılmasını xahiş etsə də, Səudiyyə tərəfi heç bir izahat vermədən prosesə reaksiya göstərməyib və məsələ nəticəsiz qalıb.

Beləliklə, Nqolo Kantenin Avropaya qayıdışı baş tutmayıb. Hazırda bu transferin tam ləğv edildiyi, yoxsa daha sonrakı tarixə təxirə salındığı ilə bağlı dəqiq qərar yoxdur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 02:30

"Hindistanlı Qukeş Dommaracu ilə Özbəkistanlı Cavohir Sindarovun dünya şahmat çempionluğu dördüncü partiyası heç-heçə ilə sona çatdı"

Futbol
Bu gün, 02:20

İnter Cenoa'yı 4:0 məğlub etdi

Futbol
Bu gün, 02:20

Paris Saint‑Germain 2-0 Lorye ilə qələbə qazandı

Futbol
Bu gün, 02:10

Palmeyras 1:0 ilə Libertadores Kubokunu qazanıb, 9 sarı vərəqə

Futbol
Bu gün, 02:07

Muslera "Estudiantes"in "Palmeiras"a məğlubiyyətindən sonra karyerasını başa vurdu

Minifutbol
Bu gün, 02:00

Millinin müdafiəçisi Rüfət Abbasov: Lixtenşteynlə oyunda çox qol vura bilmədik

Futbol
Bu gün, 01:55

"Real Madrid ev sahəsində Alaves‑ə 1:2 məğlub oldu"

Futbol
Bu gün, 01:40

"Argentinalı yarımmüdafiəçi Nikolas Pas hələ Reala qayıtmaq istəmir"

Futbol
Bu gün, 01:35

Simeone Atletico Madridin 3:2 qalibiyyətini şərh etdi

Futbol
Bu gün, 01:30

Manchester United 40 qol buraxdı, Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda

Şahmat
Bu gün, 00:58

Dommaracu Qukeş və Sindarovun dördüncü matçı heç-heçə ilə tamamlandı

Qarabağ FK
Bu gün, 00:40

"Şamaxı" – "Qəbələ" və "Qarabağ" – "Sumqayıt": Misli Premyer Liqasının XIII turunun son matçları

Futbol
Bu gün, 00:39

Makkartiyə Cənubi Afrika dəstəyi – "Sabah" futbolçularının qonaqları

Futbol
Bu gün, 00:31

Karlo Ançelotti "Milan" üçün əbədiləşəcək

Futbol
Bu gün, 00:24

Abdulla Sima Fransa Liqa 1‑də bir oyunda beş qol vuraraq son 12 ildə ilk bunu bacaran futbolçu oldu

Futbol
Bu gün, 00:20

"İbrahim Maza Bayern-in transfer siyahısında yeganə oyunçu deyil"

Futbol
Bu gün, 00:20

Luka Dancelo: Mezzotero çox yetkin futbolçudur

Futbol
Bu gün, 00:10

Mançester Yunayted 65 il ərzində ilk dəfə ardıcıllıqla üç oyununda dörd qol verdi

Futbol
Bu gün, 00:10

"Çelsi" Malo Qustonun yanvarda komandanı tərk etməsinə mane olmayacaq

Futbol
Bu gün, 00:00

"Brentford" 89 il sonra "Mançester Yunayted"i Old Trafford-da məğlub etdi

Futbol
Dünən, 23:55

"Bayern" "Hamburq"la 0:0 heç-heçəyə imza atdı

Futbol
Dünən, 23:53

"İnter" Bastoninin qış transferini istəmir – Klub müdafiəçini satmaq amacında deyil

Futbol
Dünən, 23:49

"FIFA sülh mükafatının ləğvi müzakirə olunur"

Futbol
Dünən, 23:48

Abdallah Sima 12 ildən sonra Fransa çempionatında bir oyunda beş qol vurdu

Oxşar xəbərlər