"Lester"in futbolçusu Vut Faes karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Fənərbağça" müdafiəçinin xidmətində maraqlıdır.
Bu barədə "TRT Spor" məlumat yayıb. İstanbul klubu yaxın zamanda belçikalı üçün danışıqlara başlamağı planlaşdırır.
28 yaşlı müdafiəçi ötən mövsümü icarə əsasında "Monako"da keçirib. Onun "transfermarkt"da dəyəri 10 milyon avrodur.