"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Felipe Santos Benin milli komandasına çağırılıb.
Bu barədə İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir.
Futbolçu noyabrın 10-da Kotonuda təlim-məşq toplanışına qatılacaq.
Bu hazırlıqdan sonra komanda noyabrın 18-də Burkina-Faso ilə yoldaşlıq oyunu üçün Rabata yola düşəcək. Santos bu oyunda Benin millisində debüt edə bilər.
Qeyd etmək lazımdır ki, braziliyalı futbolçuya daha əvvəl Benin pasportu verilib.