top
Fariz Yusifov hakimləri VAR sisteminə həddən artıq güvənməməyə çağırdı Idman.biz
03 mart 2026, 15:50
- +

Fariz Yusifov hakimləri VAR sisteminə həddən artıq güvənməməyə çağırdı

Misli Premyer Liqasının oyunlarını idarə edən hakimlər VAR sisteminə çox arxayın olmamalıdırlar.

Bunu FIFA referisi Fariz Yusifov bildirib.

Təcrübəli ekspert çempionatda gərginliyin artmasını təbii qarşılayır.

"Artıq çempionatın final mərhələsinə keçid edirik, sona 11 tur qalıb. Hər il bu dövrdə gərginlik pik həddə çatır. Bəzi komandaların hər xırda qayda pozuntusuna görə etiraz bildirməsi anlaşılandır. Klublar il ərzində çəkdikləri əziyyətin bəhrəsini görmək istəyirlər və bəzən öz səhvlərindən çox hakim qərarları üzərində dayanırlar. Məncə, bunu belə qəbul etmək düzgün deyil. Xüsusən son vaxtlar "Neftçi" tərəfindən müəyyən epizodların sosial şəbəkələrdə paylaşılmasını görürük. Rəhim Həsənov Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni seçilib. Müəyyən təcrübəsizliyi ola bilər. Amma hər turdan sonra hakim qərarlarını anlaşılan şəkildə idman cəmiyyətinə izah etməyə çalışırlar. Hakimlərə tövsiyə xarakterli fikirlərimi çatdırmaq istəyirəm. VAR sisteminə çox arxayın olmasınlar, epizodlara daha yaxın mövqedən baxsınlar. Hakim mübarizəni yaxından izləyərsə, öz təcrübəsi ilə daha qəti və düzgün qərar verər. Əks halda, bu, müəyyən səhvlərə gətirib çıxaracaq", - deyə o, report.az-a açıqlamasında bildirib.

F.Yusifov "Qarabağ" - "Sabah" matçının idarəçiliyindən və oyunsonrası baş verənlərdən bəhs edib:

"Ötən bazar keçirilən "Qarabağ" - "Sabah" oyununa gənc hakim Tural Qurbanov təyinat almışdı. Bu il FİFA dərəcəsi alan Turalın belə məsuliyyətli yükün altına girməsi və oyunun öhdəsindən gəlməsi Azərbaycan hakimlik məktəbinin yaşadığını göstərir. Təəssüf ki, mətbuatda onun uğurlu idarəçiliyindən çox az yazıldı. Əvəzində meydandan kənarda qeyri-peşəkar hərəkətlərin şahidi olduq. Müasir futbol standartlarından danışırıqsa, təkcə meydanda deyil, ondan kənarda da davranışlarımıza fikir verməliyik. Çempion olmaq istəyən komandalar təkcə meydanda deyil, meydandan kənarda da özlərini çempion kimi aparmalıdırlar. Belə gözəl mübarizənin Azərbaycan mentalitetinə yaraşmayan hərəkətlərlə kölgələnməsi məni çox üzdü. Oyunda hakimliklə bağlı ciddi səhv görmədim. İnanıram ki, Tural və briqadası oyunun videoyazısına baxacaq, təhlil aparacaqlar və gələcəkdə səhvləri təkrarlamamağa çalışacaqlar".

Mütəxəssis Hakimlər Komitəsinin sədri Rəhim Həsənova olan etimaddan və çıxış yollarından danışıb:

"Rəhim Həsənov öz hakimimizdir, peşəkar mütəxəssisdir. AFFA rəhbərliyinin yerli kadrlara şans verməsi təqdirəlayiq haldır. Onun qaydalar çərçivəsində təhsilinə və qabiliyyətinə şübhəm yoxdur. Çempionatın sonlarına yaxın yenə də hakimlərin üzərinə yük düşəcək. Çünki onlar da il ərzində əziyyət çəkirlər. Təyinat alan hakimlər oyunlara yaxşı hazırlaşmalıdırlar. Səhvlər gərginlikdən irəli gəlir. Son vaxtlar "Neftçi" bir qədər qıcıqlanıb. Epizodlara baxdım. Fikrimcə, müasir futbolda belə hallara görə qayda pozuntusu qeydə alınmır. Bütün hallarda müasir futbola meyillilik olmalıdır. "Qarabağ" göstərdi ki, Avropa futbolu nədir. İngilislərlə ayaqlaşmaq üçün təkcə "Qarabağ"la iş düzəlmir, daxili çempionatın da səviyyəsi yüksəlməlidir. Rəhim Həsənov regionlardakı gənc hakimləri tapıb üzə çıxarmaq, onlarla iş aparmaq potensialına malikdir. Hazırda yeganə çıxış yolu yerli hakimlərə güvənmək və onlara dəstək olmaqdır. İnanıram ki, Rəhim Həsənov sabit hakimlik edən, il ərzində az səhvə yol verən referilərə son turlarda üstünlük verəcək. Hamımız - media, keçmiş hakimlər və mütəxəssislər əl-ələ verib bu sahənin inkişafına çalışmalıyıq".

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

Atletiko Alvaresi heç bir şərtə satmayacaq

Futbol
Bu gün, 02:39

DÇ-2026 finalına getmək üçün Trampdan viza istəyib

Futbol
Bu gün, 02:10

Robin Qosens “Şalke 04”ə keçib

Futbol
Bu gün, 01:46

Atalanta Edersonla müqaviləni 2030-cu ilə qədər uzadıb

Futbol
Bu gün, 01:26

Aston Villa Yohan Manzambini transfer edib

Futbol
Bu gün, 01:07

DÇ-2026 finalı yanğınlar səbəbindən təxirə salına bilər

Futbol
Bu gün, 00:49

Erik Beyi “Kolambus Kryu”ya keçib

Futbol
Bu gün, 00:31

Yamal və Porro Argentinaya qarşı final matçına hazırdırlar

Güləş
Bu gün, 00:12

Azərbaycanlı döyüşçü Almatıdakı turnirdə qazaxıstanlı rəqibinə heç-heçə ilə başa vurub

Futbol
Dünən, 23:53

Zidanın Fransa millisinin məşqçi heyəti açıqlanıb

Futbol
Dünən, 23:24

„Səbail“ Ezekiel Morqanla müqavilə imzalayıb

Futbol
Dünən, 23:23

"Barselona" akademiyasının məzunu Andres Kuenka "Komo"ya keçib

Futbol
Dünən, 23:11

Zinəddin Zidan Fransa milli futbol komandasının baş məşqçisi təyin olunacaq

Güləş
Dünən, 23:07

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl medal qazandı

Futbol
Dünən, 22:37

“Səbail” Ezekiel Morqanı transfer edib

Futbol
Dünən, 22:25

Sumqayıtdan ayrılan cinah müdafiəçisi Şamaxıya transfer oldu

Güləş
Dünən, 22:22

Birgül Soltanova reytinq turnirində bürünc medal qazanıb

Futbol
Dünən, 22:08

„Şamaxı“Benin yığmasının üzvü ilə müqavilə bağlayıb

Digər
Dünən, 21:53

Fərid Qayıbov Xankəndidə idman federasiyaları ilə görüşünü keçirib

Futbol
Dünən, 21:38

Məhəmməd Salah “Beşiktaş”a keçmək üçün maaş tələblərini azaldıb

Futbol
Dünən, 21:23

Con Duran “Benfika”ya keçir

Futbol
Dünən, 20:57

Leyptsiq 32 milyon avro qarşılığında futbolçu transfer edib

Futbol
Dünən, 20:52

FİFA DÇ-2026-nın qalibinə xüsusi çempionluq üzükləri təqdim edəcək

Futbol
Dünən, 20:37

Şəfa və İmişli arasında yoldaşlıq görüşü heç-heçə ilə başa çatıb

Oxşar xəbərlər