top
Faiq Hacıyev: Hər qazanılan xal bizim üçün önəmlidir - MÜSAHİBƏ Idman.biz
16 mart 2026, 10:30
- ↺ +

Faiq Hacıyev: "Hər qazanılan xal bizim üçün önəmlidir" - MÜSAHİBƏ

"Hazırda hər qazanılan xal bizim üçün önəmlidir. Qazanılan xallar bizi turnir cədvəlindəki rəqiblərimizdən uzaqlaşdırır".

Bunu "Turan Tovuz"un futbolçusu Faiq Hacıyev sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- "Kəpəz"lə vacib qarşılaşmada xal itirdiniz. Oyunla bağlı nə deyə bilərsiniz?

- ⁠Matça yaxşı hazırlaşmışdıq. "Kəpəz"lə qarşılaşmanın çətin olacağını bilirdik. Qərb derbisi həmişə maraqlı olur. İstədiyimiz nəticə qalib gəlmək idi. Yevlaxa da bunun üçün gəlmişdik. Qalib gəlməməyimiz bizim üçün pis oldu. Bundan nəticə çıxarıb növbəti oyuna hazırlaşacayıq.

- ⁠Sizcə, 1 xal qazandınız, 3 xal itirdiniz?

- ⁠Hazırda hər qazanılan xal bizim üçün önəmlidir. Qazanılan xallar bizi turnir cədvəlindəki rəqiblərimizdən uzaqlaşdırır. Deyərdim ki, 1 xal qazandıq. 3 xal itirdik desəm, Gəncə komandasının əziyyətini yerə vurmuş olaram.

- ⁠Uzun müddət sonra şans qazandınız. Öz oyununuzu necə dəyərləndirirsiniz?

- ⁠Düzdür, çoxdandı oynamırdım. Mən də forma şansı qazanmaq istəyirəm. Baş məşqçi sağ olsun, şans verdi.

- ⁠Kurban Berdiyev mətbuat konfrasında bildirdi ki, komanda turnir cədvəlində özündən aşağı komandalara qarşı matçlara köklənməkdə çətinlik çəkir. Bunu nə ilə əlaqələndirmək olar?

- ⁠Düzdür, son oyunlarda autsayderlərlə qarşılaşmalarda xallar itiririk. Deməzdim komandada arxayınlaşma var. Rəqiblər bizə qarşı daha motivasiyalı olur. Onların daha motivasiyalı olmağı bizə təsir edir. Bu cür matçlar bizə dərs olacaq.

- ⁠Bu tur "Zirə" xal itirdi. Bu baxımdan rahatlıq var idimi?

- ⁠Rahatlıq olmamalıdır. 3 xallıq periodda hər itirilən xala görə, rəqiblər turnir cədvəlində bizə çata bilər. "Zirə" ilə aramızda böyük xal fərqi yoxdur. Çempionat uzun marafondur. Rahatlaşmaq olmaz.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:05

“Marsel” azarkeşləri futbolçunu həm gücləndirə, həm də sındıra bilər

Voleybol
Bu gün, 04:30

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan voleybol millisinin kapitanı mükafatlandırıldı

Futbol
Bu gün, 04:08

Florenzi, PSJ-dən göndərilən Tomas Tuxelin haqqında danışdı

Futbol
Bu gün, 02:30

Arda Gülər Çempionlar Liqasında iki asistlə Real Madridin PSV üzərində 5:1 hesablı qələbəsində pay götürdü

Futbol
Bu gün, 02:18

Okan Buruk "Çempionlar Liqasında" "Aston Villa" üzərində 1:0 hesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 01:56

Mançester Siti - Napoli Çempionlar Liqasında 2:2 heç-heçəyə imza atdı

Şahmat
Bu gün, 01:50

Şahmat üzrə dünya çempionatında Dommaraku–Sindarov matçının ilk partiyası heç-heçə ilə yekunlaşıb

Futbol
Bu gün, 01:46

"Qalatasaray"ın "Aston Villa"ya qarşı qələbəsində qollayan Deniz Gül əməliyyat olunacaq

Futbol
Bu gün, 01:40

Bayern rəsmisi Musialanın vəziyyəti barədə: "Ona vaxt verməli və oynamağına imkan yaratmalıyıq"

Futbol
Bu gün, 01:30

Mançester Yunayted qış transferində Brentfordun müdafiəçisi Natan Kollinsə diqqət yetirir

Futbol
Bu gün, 01:27

Jül Kunde "Sabah"la məşqdən əvvəl gecikərək Fliki narazı saldı

Futbol
Bu gün, 01:20

Bursaspor: Futbolçular üçün çətin klub, Vaqif Heydərli açıqladı

Futbol
Bu gün, 00:36

Dezire Duenin əvvəlki formasına qayıtması iki‑üç il çəkə bilər

Futbol
Bu gün, 00:32

Ronaldo 987-ci qolunu “Əl‑Nəsr”in “Əl‑Sədd”ə qələbəsində vurdu

Futbol
Bu gün, 00:20

Türam "İnter"i tərk edə bilər – Mançester Yunayted, Çelsi və PSJ maraqlanır

Futbol
Bu gün, 00:18

Əl-Nəsr

Futbol
Bu gün, 00:10

"Bayern" zədəli Keynin əvəzində Şupo-Motinqi almağı məqsədləyir

Futbol
Dünən, 23:56

Andrey Arşavin Bakıda Çempionlar Liqası matını izləmək üçün

Şahmat
Dünən, 23:56

Şahmat dünyasında Sindarov heç-heçə üçün tələsdi, Qukeş iki dəqiqə əlavə vaxt qazandı

Futbol
Dünən, 23:30

Ronaldu 987-ci qolunu vurub, 1000 qola yaxınlaşıb

Şahmat
Dünən, 23:28

Türk Şahmat Assosiasiyasının çempionatında Abasov fərqi artırdı, Beydullayeva liderliyə yüksəldi

Futbol
Dünən, 23:20

Barselonanın Azərbaycandakı rəsmi fan‑klubu matç üçün azarkeşləri topladı

Futbol
Dünən, 23:18

Barselona futbolçusu Jules Koundé Azərbaycan səfəri öncəsi PlayStation fotoşəkilini paylaşdı

Futbol
Dünən, 23:13

Kriştianu Ronaldu karyerasında 987-ci qolunu vurdu - 1000 qola 13 qol qaldı

Oxşar xəbərlər