top
Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir Idman.biz
Bu gün, 14:50
- ↺ +

Fabio Kapello Yuventusun itirdiyi DNT‑sini bərpa etməsini tələb edir

İtaliyanın "Yuventus" futbol komandasının sabiq baş məşqçisi Fabio Kapello Turin təmsilçisinin hazırkı vəziyyətini sərt tənqid edib.

İdman.Biz "La Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis komandanın əvvəlki qalibiyyət ruhunu itirdiyini və baş məşqçi Luçano Spallettinin qarşısında ciddi problemlərin dayandığını bildirib.

Kapello "Yuventus"un uğursuz çıxışlarını təkcə taktiki çatışmazlıqlarla əlaqələndirməyib.

"İlk növbədə, "Yuventus"un itirdiyi DNT-sini geri qaytarmaq lazımdır. Qələbə aclığı, əzmkarlıq, aqressivlik və nəyin bahasına olursa-olsun nəticə qazanmaq istəyi. Bu böyük klubu həmişə fərqləndirən ruh artıq görünmür. "Yuventus" üçün əsas məsələ mütləq gözəl futbol oynamaq deyil, qələbə qazanmaqdır", - deyə o bildirib.

Təcrübəli mütəxəssis Spallettinin artıq bir ildir komandaya rəhbərlik etdiyini və yay transferlərinin planlaşdırılmasında iştirak etdiyini xatırladıb.

"Luçano düz bir ildir "Yuventus"da çalışır. Yayda transferləri rəhbərliklə birlikdə razılaşdırıb. Buna görə onun komandasının daha az çətinliklə üzləşəcəyini gözləyirdim. Amma vəziyyət fərqlidir".

Kapello Türkiyə millisinin futbolçusu Kenan Yıldızın zədəsinin də komandanın problemlərini üzə çıxardığını düşünür.

"Belə təəssürat yaranır ki, Yıldızın zədəsindən sonra əvvəllər onun fərdi ustalığı sayəsində gizlədilən problemlər üzə çıxıb. Türk futbolçunun yaradıcılığı olmadan komandanın zəif tərəfləri görünür. Nə oyun var, nə də əvvəlki ruh".

Kapello "Yuventus"un "Napoli" ilə qarşıdakı oyununa da münasibət bildirib. Onun fikrincə, bu qarşılaşmada nəticə qazanmaq Spalletti üçün xüsusilə vacibdir.

Mütəxəssis Neapol təmsilçisində çıxış edən Kevin De Brüyneyə diqqət çəkərək belçikalı yarımmüdafiəçidən Andrea Pirlo üslubunda oyun gözlədiyini vurğulayıb.

Qeyd edək ki, Kapello 2004-2006-cı illərdə "Yuventus"un baş məşqçisi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Şahmat
Bu gün, 14:59

Aydın Süleymanlı 2700 klublarına yaxınlaşır: FIDE reytinqində azərbaycanlıların yüksəlişi

Futbol
Bu gün, 14:29

U-21 millisinin Lorenso Mezzotero Sampdoriyada qol vurdu

Futbol
Bu gün, 14:20

Pedro Porro'nu Barcelona və Real Madrid maraqlandırır

Futbol
Bu gün, 14:00

Kəpəz vs İmişli: İmişli 4 dəfə vurur, Kəpəz hələ də qolsuz

Futbol
Bu gün, 13:58

Levandovski MLS-də qolsuz seriyanı qırdı, Berhalter taktik qərarı izah etdi

Futbol
Bu gün, 13:47

Frenki de Yonqun mərkəz müdafiəsindəki çıxışı İspaniya mətbuatında qələbə qazanan "Barselona"da gözləniləndən yaxşı qiymətləndirilib

Futbol
Bu gün, 13:38

Kocaelispor, Sabah və Milli Komandaya Xidmət edən Müdafiəçini İstəyir

Digər
Bu gün, 13:36

XİN-in əməkdaşları Zəfərin 6. ildönümünə həsr olunan "Qələbə qaçışı"nda iştirak edib

Futbol
Bu gün, 13:30

Rusiya klubu Matvey Kislyakı Beşiktaş üçün 30 milyon avroya satmağa hazırdır

Futbol
Bu gün, 13:08

Bavariya: Börsüsiya ilə 2:2 başa çatan oyunda üç futbolçu zədə adalar evləndi

Digər
Bu gün, 12:53

Fərid Qayıbov: “Qələbə qaçışı”nda 2000-dən çox iştirakçı

Digər
Bu gün, 12:48

Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı başlayır

Futbol
Bu gün, 12:47

Neftçi Şamaxı ilə matçda "Əfsanə zolaqlı" ev formasını geyinəcək

Futbol
Bu gün, 12:30

Kaka, Karlo Ançelotti və Rud Qullit Milanın Şöhrət Zalına daxil edildilər

Futbol
Bu gün, 12:29

Luka Modriç 2026 sonrası futbol kariyerine davam etməyə qərar verdi

Futbol
Bu gün, 12:18

Qalatasaray Rusiyadan üç futbolçu transfer etməyi planlaşdırır

Şahmat
Bu gün, 12:07

Azərbaycan Şahmat Çempionatı: Kişi və Qadınlar üzrə Qaliblər Açıqlanıb

Futbol
Bu gün, 12:00

Manchester United rəhbərliyi məşqçini dəyişdirməyəcək

Formula 1
Bu gün, 11:53

Liam Louson Meksika Qran-prisinin təsnifat mərhələsində diskvalifikasiya edildi

Digər
Bu gün, 11:47

Bakıda VI “Qələbə qaçışı”nın qalibləri müəyyənləşib: rekord iştirak, xeyriyyə fondundan 20 manat ianə

Oxşar xəbərlər