İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro Özbəkistan milli komandasının baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının (UFA) mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatı üçün komandanı çalışdıracaq.
Kannavaronun son iş yeri bu ilin aprelində tərk etdiyi Zaqreb "Dinamo"su olub. O, həmçinin "Udineze", "Benevento", Çinin "Quançjou" və "Tyanjin" klublarını və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu çalışdırıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Özbəkistan tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.