"Everton"un transfer siyahısında olan Jordan Tezenin "Monako"da qalacağı gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə "Nice-martin" məlumat yayıb.
İngiltərə klubu 25 yaşlı müdafiəçi ilə maraqlansa da, "Monako" onun bu "transfer pəncərəsi"ndə ayrılmasına razılıq verməyib. Klub Tezeni mövsüm ərzində vacib rol oynaya biləcək çoxfunksiyalı futbolçu kimi dəyərləndirir.
Bu səbəbdən "Everton"un Teze ilə bağlı planından əl çəkərək "Lion"un futbolçusu Ainsli Meytlend-Naylsa yönələcəyi gözlənilir.