top
Emin Salmanov Xankəndi stadionuna 38 ildən sonra qayıtdı: “Bu şəhərin hər qarışı mənə doğmadır” Idman.biz
Bu gün, 20:51
- ↺ +

Emin Salmanov Xankəndi stadionuna 38 ildən sonra qayıtdı: “Bu şəhərin hər qarışı mənə doğmadır”

Veteran futbolçu Emin Salmanov 38 ildən sonra doğma şəhəri Xankəndiyə qayıdaraq uşaqlıq və gənclik illərini keçirdiyi stadionda yaşadığı hisslərdən danışıb.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının dəvəti ilə Xankəndiyə gələn sabiq futbolçu Birinci Liqanın 8-ci turunun "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşmasından əvvəl təəssüratlarını bölüşüb.

Salmanov doğma stadionuna qayıtmağın onun üçün unudulmaz hadisə olduğunu bildirib:

"38 ildən sonra doğma şəhərdə, doğma stadionda olmaq çox qürurvericidir. Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram. Mən 7 yaşımdan 17 yaşıma qədər bu stadionda məşq etmişəm, oyun oynamışam. Həmin vaxt daxili çempionatda iştirak edirdik, çox yaxşı komandamız vardı. 20-25 nəfər içində cəmi 3 nəfər azərbaycanlı idik, amma yenə də çox xoş xatirələrimiz olub. Şəhərimizi Azərbaycanda təmsil etmişik".

Veteran futbolçu uşaqlıq illərində yaşadığı evin stadiona yaxın olduğunu da xatırlayıb:

"Bu şəhərin hər qarışı mənə doğmadır. Bu stadiondan bir az yuxarıda – heç 1 kilometr olmaz, ovaxtki 9 nömrəli məktəbin yanında evimiz yerləşirdi. Uşaq olsaq da, idmana, futbola çox həvəsli və meyilli idik. Çoxlu məşq edirdik. Bu səbəbdən də diqqət cəlb etmişdik və bizi komandaya seçmişdilər. Gözəl xatirələrimiz var".

Qeyd edək ki, Xankəndi şəhər stadionunda keçirilən "Xankəndi" - "Karvan-Yevlax" qarşılaşması qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:02

AFFA B kateqoriyalı məşqçilərə danışılmış oyunlara qarşı xəbərdarlıq edərək təlimlərə başladı

Futbol
Bu gün, 20:57

Romelu Lukaku Fenerbahçeden ayrılabilir, MLS takımları ilgileniyor

Futbol
Bu gün, 20:34

“Real Madrid” Bellinqemlə 2031-ci ilə qədər müqavilə yeniləmək niyyətində: Maaşı 20-25 milyon avroya qalxa bilər

Futbol
Bu gün, 20:27

Yuventus futbolçusu Edon Zerqova Beşiktaş'a transfer ola bilər

Futbol
Bu gün, 20:19

Barselona 10 milyon avroluq Cey-Cey Qabriel transferindən imtina etdi, Real Madrid məsələni nəzərdən keçirir

Qarabağ FK
Bu gün, 20:08

Samir Ələkbərov 40 ildən sonra Xankəndiya qayıdıb: “Məşqçi kimi burada uşaq futboluna töhfə verə Bilərəm”

Qarabağ FK
Bu gün, 20:04

“Qarabağın keçmiş futbolçusu Munis Abdullayev Xankəndi stadionunda gənclik illərini yad etdi” - VİDEO

Cüdo
Bu gün, 19:58

Azərbaycanın cüdoçuları Daşkənddə bronz ulduzu üçün yarışacaq

Futbol
Bu gün, 19:51

Mançester Siti üzərindəki maliyyə ittihamları

Futbol
Bu gün, 19:50

Röyal Nəcəfov: Xankəndinin Karvan-Yevlaxa 0:2 hesabına məğlub olmasından sonra fikirləri

Futbol
Bu gün, 19:28

AFFA İntizam Komitəsi II Liqa klublarına cərimələr kəsb edib

Futbol
Bu gün, 19:21

Ramiz Məmmədov: “Prezidentimizə və ordumuza eşq olsun, Premyer Liqaya yüksəlmək üçün əlimizdən gələni edirik”

Futbol
Bu gün, 19:16

Xayme Jardi Niko Pasın istedadından təəccüblənməsini açıqladı

Qarabağ FK
Bu gün, 19:03

“Kəpəz” – “Qarabağ” matçının bileti azalıb: yalnız 500 ədəd qalıb, satış sürətlə davam edir

Digər
Bu gün, 19:01

Fuad Həsənov Rusiyada ŞKO Açıq Kubokunda bürünc medal qazandı

Futbol
Bu gün, 18:48

Yenidənqurulan Xankəndi şəhər stadionunda Karvan‑Yevlax 2‑0 qalib gəldi

Basketbol
Bu gün, 18:44

Pep Qvardiola Dubayda basketbol üzrə Avroliqa matçını izləyərkən xüsusi forma hədiyyəsi alıb

Futbol
Bu gün, 18:29

Maurisio Poçettino 1999-cu il Çempionlar Liqası finalını xatırladı: “Mançester Yunayted”in tarixi geridönüşü məni həyəcanlandırdı

Futbol
Bu gün, 18:29

Milli qadın futbol komandası məktəblilərlə görüşərək imza sessiyası keçirdi

Futbol
Bu gün, 18:14

Karles Puyol Inter d'Eskaldes klubunda beynəlxalq əlaqələr və futbol direktoru vəzifəsinə təyin edildi

Digər
Bu gün, 18:04

“Karvan-Yevlax” “Xankəndi”yə qalib gəldi

Futbol
Bu gün, 18:00

Real Madrid Fransalı yarımmüdafiəçi Tçuameni ilə müqaviləni 2032-ci ilə qədər uzatdı

Cüdo
Bu gün, 17:58

Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb

Oxşar xəbərlər