top
Entoni Qordonun Barselonaya keçidi: Transfer xəbərləri və detalları Idman.biz
27 may 2026, 22:30
- +

Entoni Qordonun "Barselona"ya keçidi: Transfer xəbərləri və detalları

"Nyukasl" futbol komandasının vingeri Entoni Qordon İspaniyanın "Barselona" futbol klubuna transfer olundu.

İdman.Biz xəbər verir ki, insayder Fabritsio Romano tərəflər arasında şəxsi şərtlər üzrə tam razılıq əldə olunduğunu və Qordonun sabah Barselonaya uçacağını yazıb.

Məlumata görə, iki klub arasında da anlaşma var və keçidin ümumi dəyəri 70 milyon (140 milyon AZN) olub.

İngiltərə millisinin üzvü 2023-cü ildən "Nyukasl"da çıxış edir. O, daha əvvəl "Everton"un formasını geyinib.

20:52

İngiltərənin "Nyukasl" futbol komandasının vingeri Entoni Qordon karyerasını İspaniyanın "Barselona" futbol klubunda davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı futbolçu ilə şəxsi müqavilə şərtlərində tam razılıq əldə edib. "Barselona" transferi qısa müddətdə yekunlaşdırmaq üçün "Nyukasl"la birbaşa və rəsmi danışıqlar aparır.

Məlumata görə, "Barselona" bu keçidi həftə ərzində bağlamaq niyyətindədir. Klub İngiltərə Premyer Liqası təmsilçiləri və Almaniyanın "Bavariya" futbol klubunun müdaxiləsini qabaqlamaq istəyir.

Qordon 2025/2026-cı illər mövsümündə "Nyukasl"ın əsas hücum silahlarından biri kimi diqqət çəkib. İngiltərə millisinin üzvü Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı xüsusilə parlaq çıxışı ilə yadda qalıb. O, Ağdam təmsilçisi ilə səfər oyununda dörd qol vurub. "Nyukasl" həmin görüşdə "Qarabağ"ı 6:1 hesabı ilə məğlub edib.

"Barselona"nın Qordon üçün təxminən 70-80 milyon avro (140-160 milyon AZN) aralığında təklif hazırladığı bildirilir.

Qeyd edək ki, Qordonun sürəti, cinahda birəbir oyunu və hücum xəttinin müxtəlif mövqelərində çıxış etmək bacarığı "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin planlarına uyğun hesab olunur.

12:06

İspaniyanın "Barselona" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün "Nyukasl"ın vingeri Entoni Qordonu nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, 25 yaşlı futbolçuya Kataloniya klubunun marağı Avropa mediasında geniş müzakirə olunur.

Daha əvvəl "Barselona"nın "Atletiko"nun hücumçusu Xulian Alvareslə maraqlandığı bildirilsə də, bu transferin maliyyə baxımından olduqca çətin olduğu vurğulanır. Bu fonda katalonların mümkün hədəfləri siyahısına Qordon da daxil edilib.

Bir sıra mənbələrin məlumatına görə, "Barselona"nın idman direktoru Deko hazırda İngiltərədədir və "Nyukasl" futbolçusunun transfer imkanlarını araşdırır.

Bildirilir ki, futbolçunun özü də İspaniya klubuna keçid variantına açıqdır. Lakin tərəflər arasında tam razılaşmanın əldə olunduğu hələ qeyd edilmir.

Xatırladaq ki, Qordon UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən ilk matçda "Qarabağ"ın qapısına dörd qol vuraraq pokerlə yadda qalmışdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
Dünən, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
Dünən, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
Dünən, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
Dünən, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
Dünən, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
Dünən, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
Dünən, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
Dünən, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
Dünən, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
Dünən, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
Dünən, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
Dünən, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
Dünən, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
Dünən, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
Dünən, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
Dünən, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
Dünən, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Dünən, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Dünən, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Dünən, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
Dünən, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Dünən, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər