Hazırda "Kasımpaşa"nın baş məşqçisi olan, Türkiyə yığmasının keçmiş ulduzu Emre Belözoğlu Kiyev "Dinamo"sunun "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Emrek Bol "X" sosial media hesabında paylaşım edib:
"Emre Belözoğlu "Dinamo"dan ciddi təklif alıb. Bundan əlavə, ona İtaliyadan maraq var".
Emrenin "Kasımpaşa" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis baş məşqçi karyerasına 2021-ci ildə, "Fənərbaxça"da müvəqqəti baş məşqçi təyin olunduqdan sonra başlayıb. Daha sonra o, "Başakşehir", "Ankaragücü" və "Antalyaspor"a rəhbərlik edib. Emre 2025-ci ilin dekabrında "Kasımpaşa"nın baş məşqçisi təyin olunub.