top
Emmanuel Hakmandan Sumqayıtla oyun və Qarabağla matç haqda ŞƏRHLƏR Sport24.az
26 yanvar 2026, 16:00
- +

Emmanuel Hakmandan "Sumqayıt"la oyun və "Qarabağ"la matç haqda ŞƏRHLƏR

"Turan Tovuz"un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"a qarşı keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Rəqib nə qədər güclü olsa da, məqsədimiz qələbə qazanmaq idi. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq. Yolumuza davam edirik.

- Birinci hissədə tam üstün olsanız da, ikinci 45 dəqiqədə arxa xətdə boşluqlar verirdiniz. Müdafiədə yaşadığınız çətinliklər nədən irəli gəlir?
- Həqiqətən də oyuna çox yaxşı başladıq, üstünlük tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə rəqib fəallaşdı. Buna da normaldır. Çünki "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Buna görə onlar böyük qüvvə ilə irəli atıldılar. Biz də oyunumuzu buna uyğun qurduq. Belə anlarda nə etməli olduğumuzu bilirik. Məncə, bacardığımızın ən yaxşısını etdik və layiqli qələbə qazandıq.

- Oyundan əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin bazaya gəlməsi, komanda ilə görüşməsi "Sumqayıt"la matçda "Turan Tovuz"a nə dərəcədə müsbət təsir göstərdi?
- Əlbəttə ki, klub rəhbərinin bizimlə bu cür görüşü, komanda üçün böyük motivasiya idi. Sevinirəm ki, etimadı doğrultduq və ilin ilk matçından 3 xalla ayrıldıq.

- Bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. "Turan Tovuz" daha nə qədər irəli gedə bilər?
- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq. Başa düşürük ki, bu, heç də asan deyil. Lakin eyni zamanda, arzumuza çatacağımıza da inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq.

- Növbəti matçınız Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan "Qarabağ"ladır. Həmin oyundan gözləntiləriniz nədir?
- Əla oyun olacaq. "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşsaq da, meydana qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 00:34

Bakıda "JGBJJ Academy Azerbaijan" ciu-citsu zalı açılıb

Digər
Bu gün, 00:19

Test

Futbol
Bu gün, 00:15

"Qarabağ"ın "Enfild Roud"dakı məşqi və "Liverpul" ilə qarşılaşmağa hazırlığı

Futbol
Dünən, 23:59

Marko Yankoviçin "Liverpul"la matçdan gözləntiləri: Uğurlu nəticəyə ümid

Futbol
Dünən, 23:44

"Şəfa" FK futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Futbol
Dünən, 23:39

Onana "Mançester Yunayted"i tərk edə bilər, "İnter"ə qayıdış variantı müzakirə edilir

Futbol
Dünən, 23:23

Qurban Qurbanov "Liverpul" matçı öncəsi komandasının yaxşı oyun sərgiləyəcəyinə ümid edir

Futbol
Dünən, 23:17

Marko Yankoviç "Liverpul" matçı barədə: "Uğurlu nəticəyə ümid edirik"

Futbol
Dünən, 23:13

Qurban Qurbanov "Liverpul" matçı öncəsi: "Futbolçularımın ən yaxşı oyunlarından birini göstərəcəklərinə inanıram"

Boks
Dünən, 23:08

Rafael Fiziyev Ruffinin titulu uğrunda döyüşəcək

Futbol
Dünən, 22:53

"Aston Villa" Temmi Abrahamı transfer etdi

Futbol
Dünən, 22:50

Livakoviç yenidən "Dinamo"da!

Digər
Dünən, 22:23

Çingiz Səmədov sumo üzrə beynəlxalq turnirdə qızıl medal qazanıb

Futbol
Dünən, 22:20

Temmi Abraham "Aston Villa"da - RƏSMİ

Futbol
Dünən, 22:09

Daniel Maldini "Atalanta"dan "Latsio"ya keçdi

Futbol
Dünən, 21:56

"Barselona" "Genk"dən gənc belçikalı müdafiəçi transfer edir

Futbol
Dünən, 21:54

Arne Slot: "Qarabağ asanlıqla məğlub ediləcək rəqib deyil."

Futbol
Dünən, 21:41

"Atletiko Madrid" Qoretska transferi üçün "Bavariya" ilə danışıqlar aparır

Futbol
Dünən, 21:27

"Liverpul" "Qarabağ" oyunu öncəsi son məşqini tamamladı

Futbol
Dünən, 21:26

"Liverpul" "Qarabağ"la oyuna iki müdafiəçisiz çıxacaq

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib: Yarımfinalın nəticələri və qadınların finalları

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib; qadınların çempionatına yekun vurulub - YENİLƏNİB + FOTO

Boks
Dünən, 21:18

Kişi boksçular arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib, qadınlarda isə qaliblər bəlli olub - YENİLƏNİB + FOTO

Oxşar xəbərlər