AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
İdman.Biz milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA rəsmisi qadınlar arasında dünya çempionatının seçmə mərhələsinin Kosovo - Cəbəllütariq oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının ikinci qrupunun Birinci turu çərçivəsində keçiriləcək görüş martın 3-də Priştinada yerləşən "Fadil Vokrri" stadionunda təşkil olunacaq.