top
Elvin Həsənov Şəkinin baş məşqçisi oldu və II Liqanın ən yüksək maaşlı məşqçisi seçildi Idman.biz
10 oktyabr 2025, 12:25
- +

Elvin Həsənov "Şəki"nin baş məşqçisi oldu və II Liqanın ən yüksək maaşlı məşqçisi seçildi

"Quba" futbol klubundan qalmaqalla ayrılan Elvin Həsənov artıq rəsmən "Şəki"nin sükanı arxasına keçib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, gənc mütəxəssis yeni klubu ilə 2026-cı ilin yayınadək qüvvədə qalacaq müqavilə imzalayıb.

Bu anlaşma onu II Liqanın ən ödənişli baş məşqçisi edib. Əyalət təmsilçisi Həsənova aylıq 3500 manat əməkhaqqı verəcək.

Vaxtilə "Sabah"ın akademiyasında fəaliyyət göstərmiş çalışdırıcı alacağı yüksək maaşın müqabilində üzərinə böyük məsuliyyət götürüb. O, "Şəki"ni çempion edəcəyini və I Liqaya yüksəldəcəyini vəd edib.

Həsənovdan öncə "Şəki"ni Bəhmən Həsənov çalışdırırdı. Sözügedən mütəxəssis ay yarım öncə sükanı arxasına keçdiyi komandanı tərk edib.

Vaxtilə beş dəfə "Rəvan"ı çalışdırmasıyla tarixə düşmüş mütəxəssis öz istəyi ilə əyalət təmsilçisindən gedib.

Buna səbəb çempionatın son iki turunda qeydə alınan uğursuz nəticələrdir. Belə ki, "Şəki" ard-arda "Qaradağ Lökbatan"a və "Xankəndi"yə uduzub – 2:3 və 0:1.

Dörd tur ərzində 7 xal toplayan kollektiv hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

"Şəki"nin üzüaşağı getməsinin iki səbəbi varsa, biri yeni rəhbərliyin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkməsidirsə, digəri baş məşqçi ilə futbolçular arasında yaranan konfliktdir.

"Şəki" avqustda yeni himayədarın çətiri altına keçib. "Xudat" üçün futbol sektoruna gələn sponsor bu komandanın heyətini büsbütün "Şəki"yə köçürüb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər