Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Sport24.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın üzvü Elvin Cəfərquliyev yüksək bədən temperaturu səbəbindən heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq