UEFA mətbuat xidməti özünün sosial media səhifəsində Çempionlar Liqasının həftənin komandasını dərc edib.
İdman.Biz bildirir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də simvolik komandada yer alıb.
Simvolik komandanın tərkibi belədir:
Qapıçı: Konstantinos Tsolakis ("Olimpiakos").
Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Yosteyn Qundersen ("Bodo-Qlimt"), Vircil van Deyk ("Liverpul"), Elvin Cəfərquliyev ("Qarabağ").
Yarımmüdafiəçilər: Kefren Türam-Yulien ("Yuventus"), Fermin Lopes ("Barselona"), Robert Navarro ("Atletik").
Hücumçular: Culiano Simeone ("Atletiko Madrid"), Vinísius Junior ("Real Madrid"), Luis Suares ("Sportinq").
Bu mövsüm Çempionlar Liqasının finalı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə olacaq.