Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" heyətinə yeni futbolçu cəlb edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Urfan Abbasovla anlaşıb.
31 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 1 illikdir. Karyerası ərzində "Qəbələ" və "Səbail" klublarının formasını geyinən Abbasov Azərbaycan milli komandasının da heyətinə cəlb olunub.
Qeyd edək ki, Ürfan başa çatan mövsümdə "Qəbələ"nin heyətində 31 oyuna çıxıb. Müdafiəçinin aktivində 1 qol və 1 məhsuldar ötürmə var.